ƏDV və aksiz vergilərində dəyişikliklər - SUALLARA CAVABLAR ALA BİLƏRSİNİZ
Vergi Məcəlləsinə Layihə DəyişikliklərAzərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsi Milli Məclisin 2-ci oxunuşuna çıxarılmışdır. Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər ƏDV və Aksiz vergilərini əhatə edir.
ƏDV üzrə nəzərdə tutulan dəyişikliklər tam olaraq bəzi əməliyyatlar üzrə verilmiş azadolma müddətlərinin artırılmasını nəzərdə tutur. Belə ki, dəyişiklik layihəsinə əsasən aşağıdakı güzəşt müddətləri uzadılmışdır:
- buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ilə bağlı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə verilmiş güzəştin müddəti 7 ilədək;
- ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi (habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi) ilə bağlı verilmiş güzəşt 2017-ci il yanvarın 1-dən 3 il müddətinə verilmiş güzəştin müddəti 5 ilədək;
- kəpəyin istehsalı və satışı ilə bağlı 2019-cu il martın 1-dən verilmiş güzəştin müddəti 5 ilədək;
- Dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş şərtlər altında işlərin və xidmətlərin göstərilməsi üzrə 2020-ci il yanvarın 1-dən 1 il müddətinə verilmiş güzəştin müddəti 2 ilədək.
Bundan əlavə, bəzi əməliyyatlar üzrə yeni - müddətli və müddətsiz güzəştlər müəyyən edilir. Belə ki,
- Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş zərgərlik dəzgah, avadanlıq və qurğuların idxalı - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə;
- külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı isə müddətsiz olaraq ƏDV-dən azad edilir.
Aksizlər üzrə nəzərdə tutulan dəyişikliklər bəzi idxal mallarının vergidən müvəqqəti azad olunması ilə yanaşı, bir çox mallar üzrə aksiz dərəcələrinin artırılmasını və ya yeni vergitutma obyektlərinin müəyyən edilməsini nəzərdə tutur. Belə ki:
- idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad olunur.
Artıq 2021-ci ildən etibarən aşağıdakı mallara müvafiq dərəcə ilə aksiz tətbiq olunacaq:
- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər- hər kiloqramına 30 manat;
- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları - 1000 ədədinə 12,9 manat.
Aşağıdakı mallar üzrə aksiz dərəcələri artırılır:
- siqarilla (nazik siqarlar) - 1000 ədədinə 31 manatdan 43 manata;
- tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 31 manatdan 35 manata;
- elektron siqaretlər üçün maye - hər litrinə 20 manatdan 100 manata.
Qeyd olunan dəyişikliklər və ya digər məsələlər ilə əlaqədar şirkətin əməkdaşlarına müraciət edə bilərsiniz:
Müşfiq Əliyev: +994 50 229 69 22
Fariz Yadigarov:+994 70 250 55 60
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib




























