Azərbaycanda saç boyaları istehsal ediləcək
AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Şuranın sədri, akademik Rasim Əliquliyev iclasın “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin müzakirəsinə həsr olunduğunu bildirib.
“AZCOSMETICS GROUP” MMC-nin direktoru Ulduza Xanlarova çıxış edərək rəhbərlik etdiyi qurum haqqında məlumat verib, bu müəssisənin Azərbaycan məhsulu olan saç boyalarının istehalını həyata keçirəcəyini vurğulayıb. Respublikamızda qeyd olunan sahəyə tələbatın yüksək olduğunu deyən şirkət direktoru qeyd edib ki, bu boyaların istehsalının təşkil olunması, ilk növbədə ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısını alacaq, digər ölkələrdən alınan və böyük vəsait tələb edən məhsullarla müqayisədə, üç dəfəyədək sərfəli qiymətə olması isə tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaq.
Direktor qeyd edib ki, yüksək keyfiyyətli məhsulların istehsalını qarşısına məqsəd qoymuş şirkət tərəfindən gələcəkdə şampun, balzam, krem, müxtəlif kosmetik yağlar və digər dəriyə qulluq vasitələrinin istehsalı, eləcə də bu məhsulların ixracı planlaşdırılır. O, əlavə edib ki, ölkəmizdə yetişən təbii məhsullardan istifadə etməklə əldə olunan saç boyaları istehsalını hədəfləyən müəssisə Ağ Naftalandan istifadə etməklə kremlərin hazırlanmasını da nəzərdə tutur.
U.Xanlarova YT Parkda müəssisənin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin görüldüyünü, avadanlıqlar və xammalın satıcısı olan şirkətlərlə ilkin danışıqların aparıldığını və müəyyən razılıqların əldə edildiyini vurğulayıb.
Daha sonra U.Xanlarova rəhbərlik etdiyi müəssisə tərəfindən istehsal olunan məhsulların ekologiyaya, insan sağlamlığına təsiri, keyfiyyəti, tərkibi və qiyməti ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.
Baş direktor texnoparkda fəaliyyətə başlaması nəzərdə tutulan “AZCOSMETICS GROUP” MMC tərəfindən istehsal olunacaq məhsulun bütün göstəricilərinin beynəlxalq tələblərə cavab verəcəyini, sertifikatlı resept əsasında hazırlanacağını bildirib.
Daha sonra “AZCOSMETICS GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
Sonda Şura sədri, akademik R.Əliquliyev çıxış edərək saç boyaları üzrə elmi və texnoloji səviyyədə tədqiqatların aparılmasının zəruriliyi məsələsinə toxunub. O, “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda fəaliyyətə başlaması ilə AMEA-da bu istiqamətlərdə araşdırmalara yer ayrılması sayəsində milli boya məhsullarının istehsalının həyata keçiriləcəyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 18 d. əvvəl
-
21 d. əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
-
22 d. əvvəl
Qeyri-neft ixracında lider dəyişib - İlk onluğun ümumi ixracı 2 dəfədən çox artıb
- 53 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Stellantis" şirkətinin səhmləri 1-ci rübün nəticələrdən sonra 7%-dən çox ucuzlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda qaz hasilatı cüzi artıb
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb
Ən çox oxunanlar
Volkswagen-in gəlirləri və mənfəəti azalıb
"Stellantis" şirkətinin səhmləri 1-ci rübün nəticələrdən sonra 7%-dən çox ucuzlaşıb
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb







.jpg)







.jpg)








