Naxçıvan iqtisadiyyatı cüzi artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni ayına nisbətən (müqayisəli qiymətlər üzrə) 0,3% artaraq 175 milyon 822 min manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvarda Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 1,2% artaraq 380,9 manat təşkil edib.
Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin ilk ayında sənaye üzrə 95 608,5 min manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 0,9% üstələyir.
Naxçıvanın xarici ticarət dövriyyəsi 3%-dək artıb
Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni ayının müvafiq göstəricisi ilə müqayisədə 2,7% azalaraq 31 milyon 918,1 min ABŞ dolları təşkil edib.
2020-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə bu ilin yanvarında ixracın həcmi 0,5% artaraq 24 milyon 166 min dollar olub. Hesabat dövründə idxalın həcmi 7 milyon 752,1 min dollar təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 11,7% azdır.
Nəticədə, 16 milyon 413,9 min dollarlıq müsbət saldo yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 3 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
- 12 saat əvvəl
-
16 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
18 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
18 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
19 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 19 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
