PAŞA Bank "Qarabağ Dirçəliş Fondu”na 500 min manat ianə köçürüb
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsinə dəstək verib. Belə ki, Bank, ölkə başçısının fərmanı ilə yaradılmış "Qarabağ Dirçəliş Fondu”na 500 min manat ianə köçürüb.
Fondun əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, o cümlədən təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir. Bu ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafının təmin olunması, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi fondun əsas vəzifələri sırasındadır.
Xatırladaq ki, PAŞA Bank, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralanan şəxslərə və şəhid ailələrinə dəstək göstərən “YAŞAT” fonduna 500 min AZN ianə köçürüb. Həmçinin Bank əməkdaşları ötən ilin noyabr ayında “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin nümayəndələri ilə birlikdə Bərdə şəhərinə səfər edərək, düşmən atəşi nəticəsində zərərçəkmiş 100-ə yaxın ailəyə yardım göstərib. Bir müddət öncə isə Bank, İsrail-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi xeyriyyə aksiyasına qatılaraq, Bərdə şəhərində dağıntıya məruz qalmış yaşayış məntəqələrinin sakinlərinə humanitar yardımın göstərilməsində iştirak edib.
Xeyriyyə təşəbbüslərdən biri də, PAŞA Bankın dəstəyi ilə ASAN könüllülərinin cəbhəyanı ərazilərdə yaşayan və müharibənin fəsadlarından əziyyət çəkən uşaqlarla görüşü olub. Psixoloji gərginlik keçirmiş azyaşlılara dəstək olmaq, uşaqların əhval-ruhiyyəsini yüksəltmək məqsədilə onlara müxtəlif hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Qarabağ Dirçəliş Fondu”na PAŞA Holding, PAŞA Bank, Kapital Bank, PAŞA Sığorta və PAŞA Həyat tərəfindən ümumilikdə 2 milyon AZN ianə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























