Azərbaycanın iri holdinqi və törəmələrindən 2 milyon manatlıq yardım!
PAŞA Holding və onun törəmələrindən 2 milyon manatlıq yardım!PAŞA Holding və onun bank və sığorta müəssisələri “Qarabağ Dirçəliş Fondu"na vəsait köçürüb. Belə ki, sözügedən Fonda PAŞA Holding, PAŞA Bank, Kapital Bank, PAŞA Sığorta və PAŞA Həyat tərəfindən ümumilikdə 2 milyon manat ianə edilib.
“Qarabağ Dirçəliş Fondu” - işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmışdır.
“Azad olunmuş ərazilərdə vətəndaşlarımızın firavan yaşaması hər birimizin arzusu və məqsədidir. Şübhəsiz ki, dirçəltmə prosesi dövlət tərəfindən yüksək səviyyədə həyata keçiriləcək. Regionun öndəgedən şirkətlərindən biri olaraq sözügedən bölgələri dirçəltmək bizim də növbəti illəri əhatə edən strategiyalarımıza mütləq qaydada daxil olunacaq. Belə ki, biz bu istiqamətdə müxtəlif növ layihələr həyata keçirəcəyik və bu fəaliyyətlərin, eləcə də həyata keçiriləcək layihələr üzrə prioritetləşdirmə prosesinin vacibliyini nəzərə alaraq öz inkişaf planları müvafiq dövlət strukturları ilə razılaşdıracağıq” - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























