Dövlət zəmanəti ilə kredit almaq istəyinlərin təxminən 90%-nə imtina cavabı verilib
3320 müraciətin 2887-nə imtina cavabı verilib.2020-ci ildə Azərbaycan Sahibkarlığın İnkişafı Fonduna, pandemiyadan zərər çəkmiş sahələr üzrə, dövlət zəmanəti ilə kreditlərin alınması üçün kredit tələbatı 949,1 milyon manat olan 3320 müraciət daxil olmuşdur. Bu müraciətlərin 81%-i sürətli, 19%-i isə ənənəvi olmuşdur.
Marja xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov bildirib.
Fondun sədri qeyd edib ki, müraciətlərin 13%-nə müsbət cavab verilib:
“Müraciətlərin kredit təlabatı 148 milyon manat olan 433-nə Fond tərəfindən zəmanət verilib. Kredit təlabatı 801,1 milyon manat olan 2887 müraciətə isə imtina cavabı verilib”.
Kənan Nəcəfov əlavə edib ki, zəmanət verilmiş müraciətlər üzrə zəmanət məbləği 86.1 milyon manat təşkil edir.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov
"VAXTINDA SƏNƏDLƏRİ TƏQDİM EDƏ BİLMİRLƏR"
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov Marja-ya bildirdi ki, imtinaların əsas səbəbi müraciətçilərin sənədləri qısa müddətdə təqdim edə bilməmələri və ya bir sıra sənədlərin çatışmamasıdır:
“Azərbaycanda ilk dəfə Elektron Kredit Platforması yaradılıb.Bu platformanın tətbiq olunması sahibkarlar üçün yeni mexanizmdir.Həm Platformada qeydiyyatdan keçmək, həm də sənədlərin platforma vasitəsilə təqdim olunması sahibkarlar üçün yenilikdir. Platforma yeni olduğundan çox hallarda sahibklarlar müəyyən edilmiş müddətdə sənədləri çatdırmaqda çətinlik çəkirdilər. Qeyd edim ki, sürətli müraciət formasında 7 gün, ənənəvi müraciət formasında isə 10 gün ərzində tələb olunan sənədlər təqdim edilməlidir. Sənədlər təqdim edilməmişdirsə, 7 və ya 10 gün bitəndə avtomatik imtinaya səbəb olur. 2021-ci ildə yüksək nisbətdə imtina görməyəcəyik, say aşağı düşəcəkdir. Sənədləri vaxtında təqdim etmədiklərinə görə imtina olunmuş subyektlər bu il yenidən müraciət edəcəklər. Təbii ki, banklar da kredit verən zamanı fərdi sahibkarın və ya şirkətin maliyyə analizini həyata keçirirlər. Birçox hallarda banklar haqlı olaraq imtina cavabı verirlər. Adətən sahibkarların mövcud maliyyə vəziyyətləri kreditləri əldə etmələrinə imkan vermir. Banklar qərar verməkdə müstəqildirlər, hasısa dövlət qurumu onlara müdaxil edə bilməz, yalnız tövsiyyələrəni verə bilər”.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov
Qeyd edək ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, kreditin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)


.jpg)








