“Gunay Bank” Vətən Müharibəsindən qayıtmış əməkdaşlarını mükafatlandırdı - FOTOLAR
“Günay Bank” ASC-nin rəhbərliyi 2 fevral Azərbaycan Gəncləri günündə bir araya toplanaraq 2020-ci ilin sonlarında Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərə səfərbər olunan bank əməkdaşlarına Bankın Müşahidə Şurasının Sədri M.Məmmədovun adından təşəkkürnamələr təqdim edib.
Bankın İdarə Heyətinin Sədri B.Piriyev öz çıxışında bütün kollektiv adından Vətən Müharibəsindən qayıtmış əməkdaşlara təşəkkür etmiş, düşmən üzərində əldə olunan qələbəmizdə onların da şərəfli payı olduğunu bildirib.
Sədr eyni zamanda “Dəmir Yumruq” əməliyyatı nəticəsində şanlı zəfər hissini bütün Azərbaycan xalqına yaşadan Ali Baş Komandan İlham Əliyev, həmçinin müzəffər ordumuzun zabit və əsgərlərinin müstəsna xidmətlərini olduğunu vurğulamış, bu yolda canından keçmiş hər bir kəsin şəhadətini yüksək dəyərləndirərək bir dəqiqə sükut elan etmiş, şəhidlərimizə ALLAHdan rəhmət diləmişdir.
Sonda “Gunay Bank” ASC-nin kollektivi döyüş əməliyyatlarından qayıtmış iş yoldaşlarının yolunu ailələri ilə bərabər səbrsizliklə gözlədiyini, onları yenidən öz aralarında görmə sevincini yaşadığını və onlarla qürur duyduğunu qeyd etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























