Torbalar vətəndaşlara satılacaq - HÖKUMƏTDƏN QƏRAR
Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilib.
Marja Qərarına dair izaha istinadən xəbər verir ki, 15-50 mikron olan yüngül çəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim ediləcək:
"Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın strateji məqsədinə uyğun olaraq nəzərdə tutulmuş tədbirlər, habelə beynəlxalq təcrübə və normalar nəzərə alınmaqla və eyni zamanda “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklərə əsasən 15 mikrona qədər olan polietilen məhsulların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan edilmişdir.
Polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq, resurslardan daha səmərəli istifadəni təşviq etmək məqsədilə beynəlxalq təcrübəyə uyğun bir sıra plastik qablaşdırma vasitələrinin istehsalı və istehlakının mərhələli şəkildə azaldılması və eyni zamanda aparılan qiymətləndirmə göstərir ki, beynəlxalq təcrübədə istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edildikdə bu torbalara tələbat 50-60% azalır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli Qərarında alqı-satqı prosesində mal və məhsulların daşınması üçün təklif olunan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, qalınlığı 15-50 mikron olan yüngül çəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməsini və bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməsi nəzərdə tutur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)






.jpg)





