Bu bank zərərdən xilas ola bilmir
Bir neçə ildir “VTB Bank Azərbaycan”ın üzərində "qara buludlar" dolaşır. Bank gəlirlərini kəskin artıraraq əməliyyat zərərindən xilas ola bilmir.
“VTB Bank Azərbaycan” ASC 2020-ci ili 3 milyon 860 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 895 min manat və ya 18,8% azdır. “VTB Bank Azərbaycan” ASC 2019-cu ili 4 milyon 755 min manat xalis mənfəət ilə bağlamışdı. Təəccüblənməyin, ötənilki mənfəət də Bankın cari biznes fəaliyyətindən qaynaqlanmır. Hələ də “VTB Bank Azərbaycan” xərclərini ödəyəcək qədər gəlir təmin etməyi bacarmayıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ildə “VTB Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 14 milyon 170 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 895 min manat təşkil edib. Bankın xərcləri gəlirlərini üstələdiyindən 8 milyon 725 min manat əməliyyat zərəri yaranıb. Eyni zamanda əvvəlki dövrlərdə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatdan azad olmuş 12 milyon 585 min manat hesabına həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 3 milyon 860 min manat xalis mənfəəti yaranıb.
2019-cu ildə “VTB Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 13 milyon 76 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 206 min manat, xərclər gəlirlərini üstələdiyi üçün əməliyyat zərəri 10 milyon 130 min manat təşkil etmişdi. Ehtiyatdan azad olmuş 14 milyon 884 min manat hesabına Bankın həm əməliyyat zərəri bağlanmış, həm də 4 milyon 755 min manat xalis mənfəət formalaşmışdı.
Beləliklə, “VTB Bank Azərbaycan” gəlirlərinin xərclərini üstələməsinə nail ola bilmir.
Ötən ilin xalis mənfəətin hesabına Bankın yığılmış zərəri 256 milyon 810 min manatdan 252 milyon 950 min manata düşüb.
31 Dekabr 2020-ci il tarixində “VTB Bank Azərbaycan” 187 milyon 341 min manat cəmi aktivlərə, o cümlədən 125 milyon 869 min maant kredit portfelinə malik olub. Bank 2019-cu ilin sonunda 157 milyon 359 min manat cəmi aktivlərə, 238 milyon 214 min manat kredit portfelinə malik idi. Bankın xalis kredit portfeli 62 milyon 47 min manatdan 86 milyon 75 min manata yüksəlib.
“VTB Bank Azərbaycan” 2020-ci ilin sonunda 61 milyon 596 min manat məcmu kapitala malik olub. 2019-cu ilin sonunda Bank 58 milyon 21 min manat məcmu kapitala malik idi.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” ASC 2018-ci ili 250 milyon 847 min manat zərər ilə bağlamışdı. Zərərin səbəbi Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 231 milyon 139 min manat ayırması ilə bağlı idi.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" ASC-nin nizamnamə kapitalının 99,9999 %-i "Bank VTB Rusiya"ya, 0,0001%-i fiziki şəxsə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
-
25 d. əvvəl
Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank Elm və Təhsil Nazirliyi ilə birgə Müəllimlər Gününü qeyd etdi
-
10 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
10 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Rəsmi məzənnələr açıqlandı

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur
Ən çox oxunanlar

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir
