Dövlət bankı 2020-ci ili mənfəətlə başa vurub
Dövlət bankı Azər Türk Bank-ın 01 yanvar 2021-ci il tarixinə aktivləri 359,2 milyon manat səviyyəsində olmuşdur.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ilin sounda Bankın kredit portfelinin həcmi 167,3 milyon manat təşkil etmişdir.
Məcmu kapitalın adekvatlığı 31%, leverec əmsalı 13% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan yüksəkdir.
Azər Türk Bank ötən il 423 min manat həcmində xalis mənfəət əldə etmişdir.
Bank 179,9 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 42 milyon manatı əhalinin əmanətləridir.
2020-ci il ərzində Bankın müştərilərinin sayı 45% artaraq 95 915 nəfər olmuşdur.
Bankın yaydığı məlumatda deyilir:
"Dövlət bankı Azər Türk Bank öz fəaliyyətini daim müasir dünyanın meyarlarına uyğun şəkildə qurmaq üçün səy göstərən yenilikçi maliyyə-kredit təşkilatıdır.
Qabaqcıl bank sisteminə malik iqtisadiyyatalarda bankçılığa innovativ yanaşma və İKT-nin tətbiqi istiqamətində mühüm layihələrin gerçəklişdirildiyi, məsafədən bankçılıq və rəqəmsal xidmətlərin önəminin yüksəldiyini nəzərə alan Bank bu istiqaməti özünün prioritet inkişaf xətti kimi qəbul etmişdir.
Azər Türk Bank müştərilərə təklif olunan bank xidmətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə özünün xidmət şəbəkəsinin müasir dövrün tələblərinə tam uyğunlaşdırılması istiqamətində 2020-ci ildə də fəal iş aparmışdır.
Fərəhlə deyə bilərik ki, Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənmiş xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etmək iqtidarındadır.
Buna misal olaraq Bankın ötən il müştərilərin istifadəsinə verdiyi “Rəqəmsal” adlı yeni filialını göstərə bilərik.
Bu filial Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir.
Müştərilərin burada terminallar və kompyuterlərdən özünəxidmət üçün istifadə etməklə, istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.
Qeyd edək ki, tezliklə Bankın “Mərkəz” və “Bakı” filiallarının bazasında qurulacaq müasir ofislər də öz fəaliyyətini eynilə bu konsepsiya üzərində davam etdirəcəkdir.
Hüquqi şəxs və fərdi sahibkarlara bank əməliyyatlarının geniş çeşidini banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə və minimal komissiya xərcləri əsasında həyata keçirməyə imkan verən “ATB Business” internet-bankçılıq xidməti il ərzində daha da inkişaf etdirilmiş və “ATB Business mobile” tətbiqi yaradılaraq müştərilərə təqdim edilmişdir.
Ötən il Bankın yenilənmiş ATB360 mobil əlavəsi də istifadəçilərin ixtiyarına verilmişdir.
Azər Türk Bank 2020-ci ildə də sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində fəaliyyətini davam etdirmişdir.
Belə ki, Bank tərəfindən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı fiziki şəxslərə, onların biznes planlarına uyğun olaraq, lazımi aktivlərin təqdimatını təmannasız olaraq həyata keçirmişdir".
Bundan əlavə, Bank ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa, quruculuq və abadlıq işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında yaradılmış “Qarabağ Dirçəliş Fondu”na, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna maliyyə dəstəyi göstərmişdir.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur".
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
13 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 14 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















