“İrşad Electronics” "YAŞAT" Fonduna 50.000 manat vəsait köçürdü
(®️) “İrşad Electronics” II Qarabağ döyüşləri zamanı şəhid ailələrinin və yaralanan qazilərin zəruri ehtiyaclarının təmin edilməsi məqsədi ilə dövlət başçısının fərmanı ilə yaradılmış “YAŞAT” fonduna 50.000 manat vəasit köçürüb.
Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Qeyd edək ki, “İrşad Electronics” II Qarabağ döyüşləri müddətində bir çox sosial layihələri ilə fərqlənib. Şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini dondurub. Zəfər döyüşləri müddətində şəhid olan, yaralanan hərbçilərin kredit borclarını isə tam silib.
Həmçinin, Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım təqdim edib. Ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat vəsait köçürüb, cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb. Bununla kifayətlənməyən şirkət yaralı qazilərimizə 100 ədəd mobil telefon bağışlayıb. Həmçinin həmrəylik günü ərəfəsində 100 şəhid övladının təhsilinə dəstək naminə 100 ədəd planşet hədiyyə etdi. Müharibə müddətində mülki vətəndaşlara edilən hücum nəticəsində hər iki valideyninin itirmiş, Gəncə sakinləri Xədicə və Nilayı isə 18 yaşınadək himayəsinə götürüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






