Əmanətlərin Sığortalanması Fondunda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Fondun Daxili Audit xidmət rəisi Orxan Hüseynov 20 Yanvar faciəsinin istiqlal tariximizin ən qanlı səhifələrindən biri olduğunu bildirib.
Qeyd edib ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Həmçinin O, öz çıxışında qeyd edib ki, faciədən bir gün sonra ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərini bölüşmüş, SSRİ rəhbərliyinin ölkəmizdə həyata keçirdiyi qanlı cinayəti bütün dünyaya bəyan etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir. Bir vaxtlar dünyanın quru hissəsinin altı da bir hissəsinə hökmranlıq edən nəhəng Sovet imperiyasına qarşı çıxan Azərbaycan xalqı heçnədən çəkinmədən öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirmişdir. Keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədilmişdir. Bu vəhşiliklər nəticəsində Bakıda və Respublikanın rayonlarında 133 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 adam qanunsuz olaraq həbs edilmiş, 5 nəfər itkin düşmüşdür. Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






