"AvtoVAZ" avtomobillərin qiymətlərini artırdı
Rusiyanın "AvtoVAZ" şirkəti 15 yanvar tarixindən etibarən avtomobillərin modellərindən və komplektasiyasından asılı olaraq qiymətləri 10-39 min rubladək (230-900 manat) artırıb.
Rusiya mətbuatın xəbər verir ki, qiymət artımı "Lada Niva" istisna olmaqla bütün modellərə təsir edib.
Ən az bahalaşan "Granta" sedanın baza versiyası olub ki, onun qiyməti 10 min rubl (230 manat) artıb. Bu modelin qiyməti hazırda 500 min rubldan (11 544 manat) başlayır.
"Lada Niva Legend" modeli (əvvəlki 4×4) üç və beşqapılı gövdəsindən asılı olaraq 12-14 min rubl (277-323 manat) bahalaşıb. Bu avtomobilin qiyməti müvafiq olaraq 600 min və 645 min rubldan (13 853 – 14 892 manat) başlayır.
"Largus" ailəsi 15 min rubladək (346 manat) bahalaşıb. İndi sərnişin universalının qiyməti 669 min rubldan (15 446 manat), furqonun isə 656 min rubldan (15 146 manat) başlayır.
"Lada Xray" versiyası 10-19 min rubladək (230-438) bahalaşıb. Bu modelin qiyməti 680 min rubldan (15 700 manat) başlayır.
Ən çox bahalaşan isə "Lada Vesta" modeli olub. Belə ki, modelin sedan versiyası 20 min rubl (461 manat) bahalaşaraq hazırda 704 min rubldan (16 254 manat), universalın qiyməti 31 min rubl (715 manat) artaraq 791 min rubldan (18 263 manat), "Cross" isə 39 min rubl (900 manat) bahalaşaraq 906 min rubldan (20 918 manat) təklif olunur.
"AvtoVAZ"ın Azərbaycandakı baş idxalatçısı və rəsmi distributoru olan "Xəzər Lada"dan "APA-Economics"ə verilən məlumata görə, qiymət dəyişikliyi daxili bazara təsir etməyib: "Hazırda satışda olan avtomobillər köhnə qiymətlərlə satılır. Yeni partiya avtomobillər ölkəyə fevralın sonu gətiriləcək. Gətiriləcək yeni avtomobillərin qiymətləri gömrük rüsumundan asılı olaraq təmzimlənəcək".
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 34 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)















.jpg)


