Maliyyə bazarlarında son vəziyyət - 11.01.2021
EUR.
Almaniya və Avrozonaya dair fundamental göstəricilərin, xüsusilə də Amerika ilə müqayisədə pisləşməsi və risklərin artması, EUR/USD məzənnəsinin keçən həftə ərzində 0.7% ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, avro 1.22$-ın altında qaldıqca, ucuzlaşma 1.2060$-a kimi davam edə bilər.
Bununla yanaşı, ABŞ-dan çərşənbə günü Bakı vaxtı ilə saat 17:30-da inflyasiya və cümə günü həmin vaxtda pərakəndə satış dövriyyəsi ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də diqqət mərkəzində saxlanılmalıdır.
Cümə axşamı FED sədrinin açıqlamaları da vacib rol oynayacaqdır.
GBP.
GBP/USD məzənnəsi üzrə təhlillər də mənzərinin eyni olduğunu göstərir. Funt sterlinq 1.35$-ın altında qaldıqca, 1.33$-a kimi ucuzlaşa bilər.
Bu istiqamətdə Amerika ilə yanaşı, cümə günü saat 11:00-da açıqlanacaq İngiltərənin ticarət, sənaye və iqtisadi inkişafı ilə bağlı göstəriciləri də önəmlidir.
TRY.
TCMB-nin faiz siyasəti fonunda lirə bahalaşsa da, inflyasiyanın 15%-ə yaxınlaşması ilə bağlı dərc edilən göstəricilər trendin zəifləməsinə səbəb olmuşdur. Hazırda 7.40TL-nin altında dalğalanan USD/TRY məzənnəsinin cari həftə ərzində 7.50 - 7.30TL aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.
Bu həftə ərzində Türkiyədə işsizlik və daxili bazarda ticarət dövriyyəsi ilə yayımlanacaq statistika məlumatlarda investorlar tərəfindən böyük maraqla gözlənilir.
OIL.
“OPEC Plus” tərəfindən hasilatın azaldılması qərarının verilməsindən sonra dünya enerji bazarlarında neftə olan tələbin artacağı ehtimalları, qiymətlərin 56$-a kimi dəyər qazanmasına səbəb olub və 55$-ın üzərində qaldıqca, 60$-a kimi bahalaşacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Foreks bazarlarında dolların bahalaşması, əlvan metallar bazarlarında qızılın dəyər itirməsinə səbəb olub. Lakin ucuzlaşma trendinin yavaşlaması amili Asiya sessiyasında qiymətin dəstək görməsinin dayanıqlı ola biləcəyinə əsas verir. Bununla bir unsiya üzrə qiymət 1857$-ı (59.7 $/qram) da yuxarı istiqamətdə qırarsa, yenidən sürətli bahalaşma dalğası müşahidə edilə bilər. Əks təqdirdə, sözügedən səviyyənin altında qalan qiymətin, 1764$-a (56.7 $/qram) kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)




.jpg)




