Goldenpay/ Hesab.az tələbələr üçün növbəti seminarlarını keçirib
(®️) Goldenpay/ Hesab.az hər zaman gənclərin təhsili və şəxsi inkişafı ilə bağlı sosial yönümlü tədbirlərdə yaxından iştirak etməyə səy göstərmiş və həmin tədbir, layihələrə öz dəstəyini əsirgəməmişdir.
Şirkət olaraq iştirak etməkdə əsas məqsəd gələcək nəsillərin daha yaxşı inkişaf etməsinə və ölkəmizin iqtisadi, siyasi, mədəni həyatına səmərəli təsir edə bilmələrinə zəmin yaratmaqdır. Goldenpay/ Hesab.az onlayn ödəniş portalı tələbələr üçün növbəti seminarlarını Dekabr ayında həyata keçirib.
Xüsusən indiki Pandemiya şəraitində onlayn təlimlər gənclərin inkişafına müsbət təsir göstərir. Bu səbəblə, GoldenPay şirkətinin əməkdaşlarının iştirakı ilə 14-25 Dekabr tarixləri aralığında “ASAN Könüllülük” Məktəbi - ASAN könüllüləri, ADA universiteti, SABAH qrupu tələbələri üçün silsiləvi onlayn təlimlər həyata keçirildi. “GoldenPay” şirkətinin İdarə Heyətinin üzvü, Məhsulların İnkişafı və Marketinq üzrə baş direktoru Tuğba Uçar, Layihə rəhbəri Fəxri Hüseynov və İT, Marketing şöbələrindən digər əməkdaşların iştirakı ilə təlimlər azərbaycan və ingilis dillərində tədqim edildi.
Təlimlərdə “GoldenPay” şirkətinin əməkdaşları “Məhsulların İnkişafı və Marketinqin kommunikasiya sistemi”, “Layihələrin idarə edilməsi”, “İnformasiya təhlükəsizliyi”, “İdeyanın məhsula çevrilməsi”,“Biznes Analitika” mövzuları üzrə çıxış ediblər. Təlimlərdə tələbələr yüksək aktivliklə iştirak etdilər, təlimçilərə öz sual və mövzularla bağlı fikirlərini bildirdilər. Gənclərin suallarını cavablandıran Hesab.az əməkdaşları, onlara gələcək karyeraları ilə bağlı dəyərli məsləhətlər də veriblər.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























