Veysəloğlu Şirkətlər Qrupunun sponsoru olduğu şahmatçı daha bir uğur qazandı - VİDEO
(®️) Chess.az saytının Facebook səhifəsində "İlin Şahmatçısı" nominasiyası üzrə səsvermə keçirilib. Səsvermədə şahmatçılar və bu idman növü ilə maraqlanan izləyicilər iştirak ediblər.
Daha çox səs toplayan beynəlxalq dərəcəli qrossmeysterlərimiz Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov "İlin Şahmatçısı" nominasiyası üzrə qalib olublar.
Səsvermədə Veysəloğlu Şirkətlər Qrupunun 2013-cü ildən sponsorluq edərək dəstəklədiyi 15 yaşlı şahmatçı Aydın Süleymanlı isə "İlin ən yaxşı gənc Şahmatçısı" seçilib.
Qeyd edək ki, Aydın Süleymanlı 2014-cü cü ildə blits və rapid növü üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub. O, 2017-ci ildə isə Ruminyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionu, 2019-cu ildə isə Hindistanın Mumbay şəhərində dünya çempionu adını qazanıb.
A.Süleymanlı 2019-cu ilin noyabrında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənin Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının, ötən il isə Moskvada "Aeroflot open" beynəlxalq şahmat festivalında A turnirinin qalibi olub.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu idmanla yanaşı, korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə, həmçinin təhsil sahəsində dəstək xarakterli fəaliyyətini də davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





