Veysəloğlu Şirkətlər Qrupu şəhid ailələri və qazilərə dəstəyini davam etdirir
Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri 1-ci və 2-ci Qarabağ müharibəsində, həmçinin Aprel döyüşləri və Tovuz istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olmuş hərbi qulluqçuların ailələri, müharibə veteranları və əlillər olmaqla ölkə üzrə 170 ailəni ziyarət ediblər.
Görüşlər zamanı nümayəndələr Şirkətlər Qrupu adından şəhidlərimizin ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər.
Qeyd edilib ki, bu gün Azərbaycanın bütövlüyünə görə şəhidlərimizə borcluyuq. Onlar əbədi olaraq yaşayacaq, xatirələri daim əziz qalacaq.
Əməkdaşlar eyni zamanda həm şəhid ailələrinin, həm veteran və əlillərimizin problemləri ilə maraqlanıb, onlara mənəvi dəstək olmağa çalışıblar.
Xatırladaq ki, Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələri və qazilərimizə həssaslıqla yanaşır və bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir.
Belə ki, artıq Şirkətlər Qrupu 2-ci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan 13 əməkdaşının ailəsini himayəyə götürüb. Bundan əlavə, 3-ü Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların ailələri olmaqla 4 şəhid ailəsinə də dəstək göstərilir, onlara hər ay təyin edilmiş məbləğdə maddi yardım olunur.
Şirkətlər Qrupu tərəfindən 1-ci Qarabağ savaşında iştirak etmiş 27 veteran döyüşçüyə hər ay maddi yardım ayrılır, həmçinin 200-dən çox şəhid ailəsi, Qarabağ qazisi və əlilinə ilboyu bayramlarda xüsusi yardım paketləri çatdırılır.
Hər zaman Azərbaycan dövlətinin, xalqının və ordusunun yanında olan Veysəloğlu Şirkətlər Qrupu bu istiqamətdə fəaliyyətlərini bundan sonra da davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






