Azercell-in rəqəmsal sponsorluğu ilə keçirilən jurnalist müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Innoweek-İnnovasiya həftəsi”nə həsr olunmuş müsabiqə yekunlaşıb(®️) Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin rəqəmsal sponsorluğu ilə keçirilən “InnoWeek-İnnovasiyalar həftəsi 2020” çərçivəsində jurnalistlər arasında müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqəni münsiflər heyətinin 3 nominasiya üzrə qiymətləndirməsi nəticəsində “Innoweek-İnnovasiya həftəsi 2020” haqqında ”Ən yaxşı veriliş” nominasiyasında ARB 24 televiziyasının “İş vaxtı” verilişinin müəllifi Faiq Abasquliyev, “Ən yaxşı TV süjet” nominasiyası üzrə CBC televiziyasının əməkdaşı Nigar Rəhmanova, “Ən yaxşı məqalə” müəllifi kimi “Oxu.az” saytından İlhamə Əbülfət qalib seçilib. Qaliblərə dəyərli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə tərəfdaşlığı ilə dekabrın 14-19-da onlayn şəkildə baş tutub. Azərbaycanda innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi məqsədlərinə xidmət edən tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə bir-birindən maraqlı və fərqli toplantılar təşkil olunub. Bu günlər ərzində Ümumdünya İnternet Sammiti, kibertəhlükəsizlik vebinarı, “İnnovasiyalar və Texnologiyalar” Forumu, “Yaradıcı həllərə doğru” Olimpiadası keçirilib, onlayn kiber idman turniri təşkil olunub. Eyni zamanda, 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkət və layihələr mükafatlandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























