Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində 100-ə yaxın vətəndaşa dəstək oldu!
(®️) Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində növbəti layihəni uğurla başa vurub.
Bank ilin əvvəlindən start götürən Özünüməşğulluq proqramı çərçivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan daha 29 nəfərin şəxsi biznes yaratmaq arzularını reallaşdırıb.
Bu dəfə Bankın əməkdaşları Bakı, Abşeron, Sumqayıt, Gəncə, Qusar, Lənkəran, Masallı, Şirvan, Tovuz və Bərdədə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəhid və aztəminatlı ailələrə eləcə də işsiz şəxslərə onların sosial rifahını yüksəltmək məqsədilə əvəzsiz olaraq mal-qara, avadanlıq və digər aktivlər təqdim edib.
Bununla da yeni un məmulatları sexi, playstation oyun zalı, tekstil məhsulları istehsal edən kiçik müəssisə, avtoyuma və avtoelektrik mərkəzi, playstation oyun zalı, heyvandarlıq təsərrüfatı, broyler təsərrüfatı və kiçik restoranın yaradılması mümkün olub.
Sakinlər daimi gəlir mənbəyi yaratdıqlarına görə “Bank Respublika”ya və layihənin bütün iştirakçılarına öz təşəkkürünü bildiriblər.
Qeyd edək ki, Bank Respublika cari ildə Özünüməşğulluq proqramı çərçivəsində 71 nəfər vətəndaşın özünüməşğulluğunun təşkili istiqamətində öz dəstəyini göstərib.
Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























