Azərbaycanda kredit qoyuluşlarında anormallıq!
Azərbaycanda kreditlər ilə bağlı anormallıq baş verir. Ölkədə karantin tədbirləri ilə əlaqədar olaraq ticarət və iaşə sektorunda dövriyyə (satışlar), istehlak kreditləri azalarkən, ticarət və xidmət sektoruna verilən kreditlər artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, pərakəndə ticarət dövriyyəsi 2019-сu ilin yanvar-noyabr aylarına nisbətən 2020-ci ilin 11 ayı ərzində 1,4% azalaraq 35 milyard 46 milyon 300 min manata, əhaliyə göstərilən ödənişli xidmətlər isə 25.8% azalaraq 6 milyard 227 milyon 200 min manat düşüb. İctimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,1 dəfə və ya 729.2 milyon manat azalaraq 682,8 milyon manat olmuşdur.
Ev təsərrüfatlarına verilmiş cəmi kreditlər ötən ilin sonu ilə müqayisədə 2020-ci ilin yanvar-noyabr dövründə 221 milyon 400 min manat azalaraq 6 milyard 757 milyon 300 min manata, o cümlədən istehlak kreditləri 370 milyon 500 min manat azalaraq 4 milyard 669 milyon 100 min manata geriləyib.
2020-ci ilin 11 ayı ərzində ticarət və xidmət sektoruna verilmiş cəmi kreditlər isə 103 milyon 240 min manat, noyabr ayında isə 47 milyon 740 min manat artaraq 2 milyard 594 milyon 564 min manata çatıb. Ötən ilin sonunda bu kreditlərin məbləği 2 milyard 491 milyon 327 min manat idi.
Ticarət və iaşə sektorunda dövriyyə azalarkən ticarət və xidmət sektoruna verilən cəmi kreditlər necə artıb? Bir sıra mütəxəssislər hesab edir ki, ölkədə istehlak kreditlərinin azaldığını göstəmək məqsədilə bu kreditlər ticarət və xidmət sektoruna verilən kreditlərə şamil edilir. Ehtimalla, bankların və bank olmayan kredit təşkilatlarının istehlak üçün ayırdığı bir sıra kreditlər ticarət və xidmət sektoruna verilən kredit kimi rəsmiləşdirilir. Ticarət və xidmət şirkətlərinə ayrılan vəsaitlər dolayı yollar ilə istehlak kreditlərinə yönəldilir. Eyni zamanda, bank olmayan kredit təşkilatları (BOKT) kommersiya banklarından cəlb etdikləri vəsaitlərin xeyli hissəsini istehlak kreditlərinə yönəldirlər, amma bu kreditlər maliyyə sektoruna kredit qoyuluşu kimi rəsmiləşdirilir (bu ilin 11 ayında maliyyə sektoruna kredit qoyuluşu 129 milyon 100 min manat artaraq 450 milyon manata çatıb). Bu səbəblərdən ticarət və iaşə sektorunda verilən kreditlər artır və nəticədə real sektora verilən kreditlərin artmasından bəhs olunur.
İstehsal, inşaat və tikinti sektorularına ayrılan vəsaitlərin bir hissəsinin də istehlak kreditlərinə xidmət etdiyi qeyd olunur.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 9 saat sonra
-
-
2 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
6 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 7 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
9 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























