“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”ndan 4 şirkətə 76 milyon manatlıq sifariş
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi (1), Şəmkir Maşın Kanalının nasos stansiyasının suvarma qabiliyyətinin artırılması, I növbəsinin təmir-bərpası (2), Qızılarx kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması (3), eləcə də Tərtərçay Sol Sahil və Xanarx kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması (4) ilə bağlı elan etdiyi 4 açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderlərin qalibləri müvafiq olaraq “Akkord Sənaye Tikinti Korporasiyası” ASC, “Körpü - Bina - Tikinti” MMC, “Kəmalə-A” Firması və səhmdar cəmiyyətinin özünə məxsus "Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutu"dur.
Qalib şirkətlər ilə müvafiq olaraq 27 milyon 887,8 min manatlıq, 45 milyon 142,5 min manatlıq, 1 milyon 890 min manatlıq və 1 milyon 350 min manat, ümumilikdə isə 76 milyon 270,3 min manatlıq müqavilələr imzalanıb.
"Report"
Müştərilərin xəbərləri
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 29 d. əvvəl
-
-
54 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
1 saat əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Ən çox oxunanlar
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı

























