Avrora Qrup qəhrəmanlarımız üçün 500 000 manat ianə edib
44 günlük Vətən müharibəsində bütün imkanlarını səfərbər edən Avrora Qrup yenidən dövlətimizin və xalqımızın yanındadır. Belə ki şirkət, qələbəmizin memarı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə təsis edilmiş “Yaşat” fonduna 500 000 manat ianə edib.
Avrora Qrup eyni zamanda Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan əməkdaşlarının ailələrinə birdəfəlik 10 000 manat, ailəsində şəhid olan əməkdaşlarına birdəfəlik 3000 manat, yaralanan və müalicə alan əməkdaşlarına birdəfəlik 3000 manat maddi yardım göstərmişdir.
Şirkət Vətən borcunu yerinə yetirərkən şəhid olan qəhrəmanlarımızın da ailələrini diqqətdə saxlayaraq, 32 şəhid ailəsini himayəyə götürmüşdür. Belə ki, subay olan şəhid qəhrəmanımızın ailəsinə hər ay 500 manat, evli şəhidimizin ailəsi üçün hər ay 1000 manat aylıq müavinət ayırmışdır. Bundan başqa həmin şəhid ailələrin uşaqlarının gələcəkdə ali təhsil xərclərini Avrora Qrup qarşılayacaq və universiteti bitirdikdən sonra onları şirkətdə işlə təmin edəcək.
Qeyd edək ki, Avrora Qrupun 127 əməkdaşı Vətən müharibəsinə könüllü olaraq qatılıb, onlardan 3 nəfəri şəhid olub, 6 nəfəri yaralanıb. Hərbi xidmətdə olan əməkdaşların maaşları tam həcmdə hər ay ödənilir, müalicə olunan qazi əməkdaşları ilə mütəmadi görüşülərək lazım olan dəstək verilir. Eyni zamanda xidmətdən qayıdan əməkdaşlar öz vəzifələrinə bərpa olunurlar. Avrora şirkəti 44 günlük dönəmdə və hal-hazırda cəbhə bölgəsinə səfərlər edərək əsgərlərimizə öz dəstəyini əsirgəmir. Sosial məsuliyyət layihələri çərçivəsində övladı və ailə başçsı vətən keşiyində dayanan qazilərimizin ailələrinə, o cümlədən cəbhəyanı ərazilərdə yaşayan insanlara maddi və ərzaq yardımını davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























