Azərbaycan şirkəti “YAŞAT” Fondunu 5 il maliyyələşdirəcək - PROTOKOL İMZALANDI
“Meyvəli” MMC “YAŞAT” Fonduna yardım məqsədilə 100 min manat məbləğində vəsait köçürüb.
Marja xəbər verir ki, bununla yanaşı, şirkət növbəti beş il ərzində Fonda hər ay 20 min manat ianə edəcək. Belə ki, “Meyvəli” MMC ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq məqsədilə əməkdaşlığa dair protokol imzalanıb.
Bu protokola əsasən, “Meyvəli” MMC Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə 100 min manat məbləğində vəsait köçürüb. Eyni zamanda, Cəmiyyətin İdarə Heyəti tərəfindən növbəti beş il ərzində hər ay 20 min manat məbləğində vəsaitin Fonda ianə edilməsi barədə də qərar qəbul edilib.
“Meyvəli” MMC meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazarının idarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























