Tezliklə Qarabağa və Şəhidlərə həsr olunmuş fotobank istifadəyə veriləcək
Bu işdə hər birinizin töhfəsi ola bilər!Tezliklə istifadəyə veriləcək platforma vasitəsilə hər bir istifadəçi şəhidlər haqqında məlumat əldə edə, eyni zamanda mövcud məlumatı yeniləyə və zənginləşdirə biləcək. Bunun sayəsində üç dildə fəaliyyət göstərəcək platforma daim inkişaf edib təkmilləşəcək.
Bundan savayı, fotobankda Qarabağın tarixinə, məişətinə və mədəniyyətinə aid şəkillər, eləcə də, istər 90-cı illərdə, istərsə də sentyabrın 27-də başlayan son Qarabağ savaşında vuruşan hərbçilərin qısa həyat hekayələri yer alacaq.
Bu məqaləni oxuyan hər bir kəsdən əlində olan məlumatları [email protected] ünvanına göndərərək, bizimlə bölüşməyini rica edirik. Biz Qarabağın sabahı üçün dünənini yaddaşlara həkk etməliyik! Göndərilən məlumatlar şəhidlərin şəkilləri və onların həyatları haqqında bilgilər, eyni zamanda, Qarabağda müxtəlif illərdə çəkilmiş istənilən şəkillər və şəxsi-ailə fotoları ola bilər.
“PAŞA Həyat” şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov öz fikirləri ilə bölüşüb: "Şəxsən mənim üçün tarix sadəcə keçmiş deyil, bu günümüzdür. Tariximizi bu günə çevirməyi bacarmalıyıq. Bu səbəbdən hər bir soydaşıma üzümü tutub deyirəm, birlikdə tariximizi yaza və gələcək nəsillərə miras qoya bilərik. İnanıram ki, hər kəsin unikal şəkilləri və Qarabağla bağlı önəmli məlumatları var. Xahiş edirəm, bu cümlələri oxuduqdan həmən sonra əlinizdə olan məlumatları bizə göndərin, arxivinizi bizimlə bölüşün."
Nəzərinizə çatdıraq ki, bu layihə “PAŞA Həyat” və “PAŞA Holding” şirkətləri tərəfindən həyata keçirilir. Məqsəd Qarabağla bağlı məlumatları bir yerə toplayıb saxlamaq və yaymaq, şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





