Neft daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı ABŞ-da iqtisadi inkişaf səviyyəsinə dair açıqlanan rəqəmlərin proqnozları üstələməsindən sonra dollar dünya birjalarında yenidən bahalaşmağa başlayıb.
Lakin ABŞ-ın həm Rusiya, həm də Çinin bir sıra nəhəng şirkətlərinə sanksiyalar tətbiq etməsi xəbərindən sonra dollar ucuzlaşmağa başlayıb.
EUR/USD: ARTIM TENDENSİYASI QORUNUR
1.2120 və 1.2280 aralığında üfüqi dalğalanan EUR/USD cütlüyü bahalaşma tendensiyasını qoruyur. Təhlillərə əsasən 1.2217 səviyyəsini qırarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri 1.2256 və 1.2292 səviyyələri ola bilər.
FUNT TƏZYİQ ALTINDA QALMAQDA DAVAM EDİR
Breksit ticarət razılaşması istiqamətində baş tutan növbəti görüşdə də razılaşmanın əldə edilməməsi, funtu təzyiq altında saxlamaqda davam edir. Nəticədə GBP/USD cütlüyündə artım dinamikası zəifləməyə başlamışdır. 1.3456 səviyyəsi qırılarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri 1.3520 və 1.3582 səviyyələri ola bilər.
QIZILDA ARTIM DİNAMİKASI QORUNUR
Qızılın qrafikinə H1-də nəzər yetirdikdə, qiymətin 1859$-da dəstək görərək, bahalaşdığının şahidi oluruq. Qiymət əgər 1875.40$ səviyyəsini qırarsa, növbəti hədəfləri 1886.90$ və 1900$ səviyyələri ola bilər.
NEFTƏ TƏLƏB AZALIR
Virusun yeni mutasiyaya uğramış versiyasının aşkarlanması xəbərindən sonra neftə olan tələb azalmağa başlamışdır. Əsas dəstək həddi hesab edilən 49.15$ səviyyəsi qırılarsa, ondan sonra növbəti kəsilə biləcək hədəfləri 48.08$ və 47.34$ səviyyələridir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
- 11 d. əvvəl
-
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM







.jpg)






.jpg)





