Beynəlxalq Bank bu il 55 ailənin özünüməşğulluğunu təmin edib
(®️) Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramında iştirakını davam etdirir. Bank həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı, həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verir. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyənləşdirir. Apreldən başlayaraq indiyə qədər 55 aztəminatlı ailəyə Bank kiçik biznes qurmaqdan ötrü lazımi vasitələr alıb.
Vətən Müharibəsində şəhid olmuş qəhrəman döyüşçümüz Samir Alışovun atası, Hacıqabul rayonunun Qubalı Baloğlan kənd sakini Cəlil Alışovun Dövlət Məşğulluq Mərkəzinə müraciətinin icrasını da Azərbaycan Beynəlxalq Bankı öz üzərinə götürüb. Bank şəhid ailəsinin kiçik təsərrüfat yaratmaqla özünüməşğulluğuna kömək göstərib.
Belə bir proqramın həyata keçirilməsində məqsəd aztəminatlı ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Proqramın unikallığı isə vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir.
Bankın indiyə qədər özünüməşğulluğuna dəstək verdiyi 55 ailədən 23-ü Bakı və Bakıətrafı ərazilərdə, 8-i Gəncə, 3-ü Şirvan, 1-i Hacıqabul, 5-i Sumqayıt şəhərində, 4-i Abşeron, 2-i Sabirabad, 2-i İsmayıllı, 1-i Tovuz, 1-i Cəlilabad, 1-i Zaqatala rayonunda yaşayır. 2 nəfəri Qubadlı, daha 2 nəfəri isə Füzuli rayonundan olan məcburi köçkündür.
Kiçik biznes qurmaqda kömək göstərilən aztəminatlı vətəndaşların 15 nəfərinin qadın olması isə ölkəmizdə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun təmin edilməsi baxımından bu layihənin dəyərini daha da artırır. Bu ailələrin özünüməşğulluq fəaliyyəti maldarlıq və broyler təsərrüfatı, un məmulatlarının istehsalı, tekstil, mebel, avtotəmir, sağlamlıq, əyləncə və s. bu kimi sahələri əhatə edəcək.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























