Rabitəbank aztəminatlı ailələrə dəstəyini davam etdirir
(®️) Rabitəbank ASC aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən Özünüməşğulluq proqramında aktiv iştirakını davam etdirir. Bu dəfə bank tərəfindən daha 7 ailənin şəxsi biznesinin qurulmasına dəstək məqsədilə avadanlıqlar təhvil verilib.
Layihə çərçivəsində Rabitəbankın dəstək göstərdiyi vətəndaşlar paytaxt sakinləri Abbasov Kamal, Yadigarova Gülşən, Əzizova Mahrux, Şamaxı sakini Atamalıyeva Rəna, Astara sakini Hüseynov Mayis və Kürdəmir rayon sakinləri Veysəlov Rəşadət, Süleymanov Ayaz fərdi sahibkarlıqla məşğul olmaq üçün təmənnasız aktivlərlə təmin olundular.
Qeyd edək ki, bütün bu tədbirlər əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyicilərinin çoxalmasına xidmət edir. Rabitəbank hər zaman qadın sahibkarların gücünə inanır və qadınların məşğulluğunun təmin edilməsi üçün durmadan çalışır. Kiçik biznes qurmaqda köməklik göstərdiyimiz aztəmaniatlı vətəndaşlar arasında 3 qadın sahibkarımızın olması məhz bu dəstəyin göstəricisidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasını həyata keçirən Rabitəbank ilin sonunadək fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























