Maliyyə bazarlarında son vəziyyət
EUR
Beynəlxalq valyuta birjalarında Avropada iqtisadiyyata dair narahatlıqların artması, avronun ucuzlaşmasına səbəb olub. Risklər Avrozonada aylıq deflyasiyanın proqnozlaşdırılmadan 0.5%-ə yüksəlməsi ilə daha da artıb.
Təhlillərə əsasən, EURUSD 1.22$-ın altında qaldıqca, 1.21$-a kimi ucuzlaşa bilər.
Məzənnənin gələcək trendinin müəyyən olunması baxımından, Amerikada əmək bazarında vəziyyətin yenidən pisləşməsi, yeni büdcə qanununun qəbul edilməsi və Çin ilə gələcək münasibətlərə dair xəbərləri də diqqət mərkəzində saxlanılmalıdır.
GBP
İngiltərə hökümətinin ölkədə yeni koronavirus növünün aşkarlanması, infeksiyaların artması və nəzarətin gücləndirilməsinin önəmliyi haqqında danışması ilə GBPUSD məzənnəsi 1.3335$-a kimi 1.5% ucuzlaşıb. Ucuzlaşma qiymət 1.3321$-ın altında qalması ilə 1.32$-a kimi davam edə bilər.
Bununla yanaşı, AB ilə Breksit ticarət sazişi danışıqlarında da zamanın daralmasına baxmayaraq, yekun razılaşmanın əldə edilməməsi məzənnəyə olan təzyiqləri artırır. Bu istiqamətdə xəbərlər də investorların diqqət mərkəzindədir.
TRY
Maliyyə bazarlarında TCMB-nin bir həftəlik repo faiz dərəcəsini 16.5%-ə yüksəldəcəyinin proqnozlaşdırılması, USDTRY məzənnəsinin 7.61TL-yə düşməsinə səbəb olub. Proqnozlar özünü cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da doğrultmaqla bərabər, bankın açıqlamaları gələcək əlavə faiz artımlarına da siqnal verərsə, lirə 7.36TL-yə kimi bahalaşa bilər.
OIL
Dünya enerji bazarlarında neft hasilatının artması, Brent nefti qiymətinin 52$-da müqavimətlə rastlaşmasına səbəb olub. Bir barel üzrə qiymət 50$-ı qırarsa, 48$-a kimi də dəyər itirə bilər.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qlobal iqtisadi risklərin artması və yumşaq monetar siyasətlərin daha da genişləndirilməsi, əlvan metallar bazarlarında qızılaolan tələbi artırıb. Bir unsiya üzrə qiymət artıq 1900$-ın (61.1 $/qram) üzərində ticarət edilir və 1931$-a (62.1 $/qram) kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
6 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)






.jpg)




