"Müəyyən çətinliklər yaranıb, bunlar danışıqlar əsnasında sakit aydınlaşdırılmalıdır"
“Dağlıq Qarabağda atəşkəsin sonuncu pozulmasından sonra belə halların baş verməyəcəyinə ümidvaram”.
Bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfranda bildirib.
Rusiya lideri 9 noyabr razılaşmasının Qarabağda qan tökülməsinə son qoyduğunu xatırladıb: “İnsanlar artıq ölmür, bu da prinsipial məsələdir, həll etdiyimiz ən mühüm məsələdir. Silahlı qüvvələr olduqları yerdə dayandıqları üçün həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün infrastruktur səciyyəli müəyyən çətinliklər yarandı, bunlar danışıqlar əsnasında sakit aydınlaşdırılmalıdır, çünki üçtərəfli bəyanat bunun üçün hər cür imkanlar yaradır. Orada yazılıb ki, atəşkəs əldə ediləndən sonra növbəti mərhələdə regionda münasibətlər tam yoluna qoyulmalı, iqtisadi və infrastruktur potensialı üzə çıxarılmalıdır. Bunlar Naxçıvana da aiddir, Ermənistanın şimalı ilə cənubu arasındakı gediş-gəlişə də”.
Bölgədə rusiyalı sülhməramlıların sayının artırılmasına gəlincə, V.Putin deyib: “Bu, mümkündür, amma yalnız tərəflərlə, o cümlədən Azərbaycan tərəfi ilə razılaşdırılması şərtilə. Yəni bu, sırf texniki məsələdir. Bunun zəruri olmasına hamı qərar versə, bunu edərik, əks təqdirdə isə yox”.
ERMƏNİLƏR MƏSƏLƏNİ SAKİT HƏLL ETMƏMƏYƏ CƏHD EDİRLƏR
Erməni mətbuatı Rusiya Prezidenti Vladimir Putinin bugünkü açıqlamasına istinad edərək yazır ki, Ermənistan silahlı qüvvələrinin və könüllülərin Sünik yaxınlığındakı mövqelərdən çəkilməsi üçün heç bir əsas yoxdur. Rusiya tərəfi, üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinin qarantı olaraq, imzalanma zamanı işğal olunmuş mövqelərdə qüvvələrin dayanmasına nəzarət etməlidir.
Rusiya Prezidenti Vladimir Putin, illik mətbuat konfransında bildirib ki, üçtərəfli Atəşkəs Bəyanatına görə, tərəflər imza atma anında olduqları mövqedə qalmalıdır.
Ermənilərə görə, bu məsələ, bugünkü Sünik hadisələri kontekstində əhəmiyyət kəsb edir. Üçtərəfli bəyanatda yalnız Kəlbəcər, Laçın və Ağdam rayonlarının Azərbaycanın nəzarətinə verilməsindən bəhs olunur, qalan bölgələrdən bəhs edilmir.
İddia olunur ki, Azərbaycan Ordusu Zəngilan və Qubadlıda əraziləri Ermənistan sərhədinə qədər işğaldan azad edə bilməyib, buna görə çatdıqları yerdə qalmalıdırlar. Xüsusilə, Süniklə həmsərhəd olan Zəngilan və Qubadlının bölgələrindən söhbət gedir. Lakin bu günlərdə Azərbaycan Silahlı Qüvvələri erməni tərəfdən Süniklə həmsərhəd olan mövqelərini tərk etmələrini tələb edir.
“Report”, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







