“Premium Bank”-dan özünüməşğulluq proqramına dəstəyi davam etdirir - FOTOLAR
(®️) Özünüməşğulluq proqramının prioritet məqsədi ölkədə əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.
“Premium Bank” tərəfindən, proqrama qoşulan Bakı və Sumqayıt şəhərlərində yaşayan, həssas əhali qrupuna aid vətəndaşlara avtoyuma, bərbər və dərzi xidmətləri üzrə kiçik bizneslərinin qurulmasına, həmçinin inkişafına təkan verəcək xüsusi avadanlıqlar təqdim edilib.
Belə ki, dərziçilik peşəsi ilə məşğul olan Şahbazova Şəhla, Səfərova Gülnaz, İlyasova Gülşən, Əmirli Anar və Qasımlı Gülarə fəaliyyətləri üçün lazım olan avadanlıqlar alınaraq təhvil verilib. Həmçinin, avtoyuma və bərbər peşəsi ilə məşğul olan Quliyev Fərhad, Kamulova Sənayə və Dünyamalıyeva Mənzərə lazımi avadanlıqlar alınıb və təhvil verilib.
Onu da qeyd etməliyik ki, özünüməşğulluq proqramı hazırda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım olaraq əhalinin əmək məhsuldarlığının, iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına və əlavə iş yerlərinin yaranmasına zəmin yaradacaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasını həyata keçirən Premium Bank ilin sonunadək ölkənin fərqli regionlarında aztəminatlı vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək.
Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























