Sahibkarlar üçün “KOB növbə” mobil tətbiqi istifadəyə verildi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) geniş rəqəmsal transformasiya proqramına start verib. Yeni elektron xidmətlərin istifadəyə verilməsi ilə KOBİA sahibkarlarla daha operativ təmasda olacaq, xidmətlərin keyfiyyəti yaxşılaşacaq, elektronlaşdırılması və əhatə dairəsi genişləndiriləcəkdir.
KOBİA-nın yaydığı məlumata görə, rəqəmsal transformasiya proqramı çərçivəsində KOB evlərinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlar üçün onlayn növbə imkanı yaradılıb. Sahibkarlar “KOB növbə” tətbiqini “Android” əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər (“GooglePlay”). Tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Sahibkarlar mobil tətbiq vasitəsi ilə KOB evlərinə getmədən onlayn növbə götürməklə yanaşı, növbə sayı və növbənin bitmə vaxtı ilə tanış ola, müvafiq KOB evini seçə, müraciətdən imtina edə və ya daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər.
Mobil tətbiqin yaradılmasında məqsəd KOB evlərinə müraciət edən sahibkarlar üçün operativ xidmətin təmin edilməsi və əlavə vaxt itkisinə yol verməməkdir. “KOB növbə” tətbiqi həmçinin, pandemiya dövründə KOB evlərinə müraciət edəcək sahibkarların növbə sıxlığının aradan qaldırılması, insanlar arasında təmasın minimuma endirilməsinə imkan verəcəkdir.
Yaxın günlərdə “İOS” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən də “KOB növbə” tətbiqini yükləmək (“AppStore”) mümkün olacaq, eləcə də mobil tətbiqin imkanları və əhatə dairəsi daha da genişləndiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























