Bank BTB-dən özünüməşğulluq proqramına dəstək kampaniyası davam edir
(®️) Bank BTB Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində aktivliyi davam etdirir.
Bu dəfə Bank BTB Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 6 aztəminatlı ailəyə öz seçimlərinə uyğun olaraq lazımi avadanlıq və ləvazimatlarla yardım etdi. Qeyd edək ki, Proqram iştirakçılarından 1-i fiziki məhdudiyyətli, 5-i isə aztəminatlı olmaqla Gəncə, Naftalan, Göygöl, Salyan, Xaçmaz və Bakı şəhərlərində yaşayan şəxslərdir.
Həmin şəxslərdən Məhərrəmova Məlahət, Dadaşova Lalə, Məlikova Hüsniyyə və Manafov Rəfail dərzilik fəaliyyəti, Məhərrəmova Aynurə və Süleymanova Nazilə gözəllik salonu açmaqla kiçik bizneslərini qurmaq istiqamətində Bank BTB-dən mal və materiallarla təmin edilmişdir.
Qeyd edək ki, Bank BTB KSM layihələrinə daim diqqət ayıraraq ilkin mərhələdə 3, daha sonra isə 6 şəxsə dəstək olaraq, bundan sonra da bu kimi təşəbbüslərini davam etdirməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.
Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




