“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçildi
(®️) “AccessBank” Böyük Britaniyanın nüfuzlu “The Banker” jurnalı tərəfindən “İlin bankı” adına layiq görülüb. Mükafat "Cəmiyyət üçün maliyyə inteqrasiyası və bankçılıq" (FINANCIAL INCLUSION & BANKING IN THE COMMUNITY) kateqoriyası üzrə Banka, COVID-19 pandemiyasının səbəb olduğu karantin dövründə ölkə vətəndaşlarına dəstək, Azərbaycanın bölgələrindəki fərdi sahibkarların dəstəklənməsi və ətraf mühitin qorunması naminə həyata keçirilən layihələrə görə təqdim olunub.
“Fəaliyyətimizin nüfuzlu “The Banker” nəşri tərəfindən yüksək qiymətləndirilməsindən məmnunuq. Komandamız müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, həm də fəaliyyət göstərdiyimizin cəmiyyətin nəbzini tutmağa, baş verənlərdən xəbərdar olmağa çalışır. "İlin Bankı" adı cəmiyyətimizin tələbat və istəklərini bilən və anlayan, həmçinin əhalinin müxtəlif təbəqələrinə hərtərəfli dəstək verən bütün “AccessBank” kollektivinin fədakarlığının və zəhmətkeçliyinin bəhrəsidir. Biz anlayırıq ki, biznes əhatə olunduğu cəmiyyət qədər güclü ola bilər.”deyə “AccessBank”ın Müşahidə Şurasının Sədri Oleq İvaniyçuk vurğulayıb.
Qeyd edək ki, son 10 ildə “AccessBank” artıq 5-ci dəfədir ki, “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görülür. Bank daha öncə 2011, 2012, 2015 və 2016-cı illərdə bu şərəfə nail olub. “Financial Times” nəşriyyat qrupunun bir hissəsi olan “The Banker” jurnalı 1926-cı ildən dərc olunur və aparıcı beynəlxalq maliyyə nəşriyyatlarından biridir. Jurnalın redaksiyası mükafata namizədlərin siyahısını tərtib edərkən, bankların yalnız maliyyə nəticələrini deyil, həm də inkişaf strategiyalarının həyata keçirilməsi və yeni standart və texnologiyalar tətbiq etməsini nəzərə alınır.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





