Əlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir
3 dekabr – Beynəlxalq Əlilliyi olan şəxslər Günüdür.
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin olunmasında onların sahibkarlıq fəaliyyətinə və özünüməşğulluq proqramlarına cəlb olunması əhəmiyyətlidir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən əlilliyi olan şəxslər arasında sahibkarlıq fəaliyyəti təşviq edilir, onların biznesə başlamasına və sahibkarlıq fəaliyyətlərinin inkişafına müxtəlif dövlət dəstəyi mexanizmləri çərçivəsində dəstək göstərilir, biznesyönümlü təlim və məsləhət xidmətləri, əlaqələndirmə, məhsullarının tanıdılması və satışına dəstək olunur.
Əlilliyi olan şəxslər öz bizneslərini qurmaq və mövcud sahibkarlıq fəaliyyətlərini genişləndirmək üçün KOBİA-nın Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinin ödənişsiz təlim, məsləhət, şəbəkələşmə və digər xidmətlərindən istifadə edə bilərlər. İndiyədək 50-yə yaxın əlilliyi olan şəxs KOBİA-nın biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün təlim və məsləhət xidmətlərindən yararlanıb. Agentliyin “KOB Dostu” şəbəkəsi və KOB inkişaf mərkəzləri əlilliyi olan şəxslərin biznesə başlaması üçün zəruri mal və avadanlıqlarla təmin olunmaları məqsədilə onları özünüməşğulluq proqramları ilə də əlaqələndirir, bu istiqamətdə müvafiq dəstək göstərir.
Agentlik əlilliyi olan şəxslərin məhsullarının tanıdılmasına və satışına da dəstək olur. İndiyədək KOBİA 70-ə yaxın əlilliyi olan şəxsin 10-dan çox sərgi, yarmarka və festivalda ödənişsiz iştirakını təmin etməklə, onların məhsullarının tanıdılmasına və satışına, işgüzar əlaqələr qurmasına dəstək göstərib. 2019-cu ildə isə Beynəlxalq Əlillər Günü ərəfəsində KOBİA tərəfindən 20-yə yaxın əlilliyi olan şəxsin əl işlərindən ibarət satış sərgisi təşkil olunub.
Ümumilikdə KOBİA-nın təşkilatçılığı və dəstəyi ilə əlilliyi olan şəxslərin iştirakı ilə 20-yə yaxın təlim, sərgi, konfrans və s. tədbirlər təşkil olunub, 100-dən çox əlilliyi olan şəxs biznesə başlamaq və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün Agentliyin dəstək və xidmətlərindən faydalanıb. Eyni zamanda KOBİA yanında İctimai Şurada təmsil olunan 15 təşkilatdan biri də “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyidir və indiyədək birgə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər və layihələr həyata keçirilibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























