Azercell-in dəstəyilə hazırlıq keçən Azərbaycan komandası uğurlu nəticələr nümayiş etdirir
Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazandı!(®️) Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turniri baş tutub. Onlayn formatda keçirilən yarışmada 17 ölkədən 403 iştirakçı öz biliyini sınayıb. Fəxrlə qeyd edək ki, artıq ikinci dəfədir ki, sözügedən yarışmada iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə edirlər. Belə ki, Azercell-in dəstəyilə turnirə hazırlaşan Gəncə şəhəri M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb!
Xatırladaq ki, Əziz Hüseynov iki ay öncə Sinqapurda keçirilən 32-ci Beynəlxalq İnformatika Olimpiadasında, həm də İndoneziyada təşkil olunan Asiya Pasifik İnformatika Olimpiadasında da bürünc medal əldə edib.
“Azercell Telekom” 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin fəaliyyətinə dəstək verir. İndiyədək mərkəzdə keçirilən məşğələlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib. Məqsəd - istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılmasıdır. Burada yerli və xarici ali məktəblərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və qabaqcıl müəllimləri 5 fənn üzrə hazırlıq keçirlər. Mərkəzdə məşğələ keçən Azərbaycan məktəbliləri hər il 15-ə yaxın müxtəlif beynəlxalq olimpiada və müsabiqədə iştirak edirlər.
Azercell şirkəti daima ölkəmizdə informasiya-texnologiyaları sahəsində təhsil, yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə dəstək olur. Şirkət ötən il Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında istedadların Rəqəmsal Sponsoru qismində çıxış edib. Ölkənin lider mobil operatoru Azercell informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların öz elmi potensiallarını inkişaf etdirməsi üçün dəstəklənməsi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





