“Ziraat Bank Azərbaycan”dan Özünüməşğulluq Proqramına daha bir dəstək
(®️) “Ziraat Bank Azərbaycan” missiyasına sadiq qalaraq Azərbaycan iqtisadiyyatının inkişafı üçün çalışır və sosial məsuliyyəti dərk edərək dəstək proqramlarında aktiv olaraq iştirak etməyə davam edir. Proqram çərçivəsində bir çox vətəndaşa öz biznes arzusunu həyata keçirməsinə dəstək verilmişdir.
Özünüməşğulluğa cəlb edilən daha 4 sahibkar “Ziraat Bank Azərbaycan” tərəfindən dərzi fəaliyyəti ilə bağlı lazımi avadanlıqlarla təmin edilmişdir.
Xatırladaq ki, proqramın məqsədi ölkədə həssas əhali qruplarının kiçik və orta sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yerli istehsalın artırılması, ailə biznesinin qurularaq ölkəmizin iqtisadiyyatına dəstək verilməsidir. Bu minvalla xüsusilə əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramında əhalinin həssas kateqoriyalarına (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələrin üzvləri və b.) üstünlük verilir .
Bank tərəfindən bu günədək Bakı, Sumqayıt, Salyan, Mingəçevir və digər ərazilərdə yaşayan vətəndaşlara öz işlərinin qurulmasında dəstək göstərilmişdir.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində yeni fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində olmaqla 5 filialı mövcuddur. Buna əlavə, Bank qısa müddət ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























