PAŞA Sığorta şirkəti cəbhəyanı bölgələrdə çətin şəraitdə məskunlaşmış 500 ailə üçün yardım göndərdi
(®️) İllərdir davam edən müharibə xalqımızın böyük zəfəri ilə başa çatdı. Lakin, bu müddət ərzində cəbhə ərazisində məskunlaşan insanlarımız olduqca çətin günlər yaşadı. Biz də PAŞA Sığorta şirkəti olaraq xalqımızın yanında olub əlimizdən gələn dəstəyi onlara göstərməyə çalışdıq.
“Cəsur qəlblər üçün əl-ələ” adı ilə cəbhəyanı bölgələrdə mövcud şərait ilə əlaqədar olaraq evlərindən uzaqda məskunlaşdırılmış, məhdud imkanlar və şərtlər altında yaşayan ailələlərə yardım əlimizi uzatdıq. Düşmən hücumu nəticəsində Bərdə şəhərində sığınacaqlarda məskunlaşan 200 ailəyə, Tərtər şəhərində isə 300 ailəyə təməl və vacib ehtiyaclardan ibarət ərzaq payı göndərildi. Bununla yanaşı, soyuq havalar da nəzərə alınmaqla ehtiyacı olan ailələr isti geyim və isidici sobalarla təmin olundu.
Haqq və ədalət zəfəri çaldığımız bu müharibə xalqımızın həmrəy olduğunu, hər çətin şəraitdə bir birimizin yanında olduğunu bir daha bizə sübut etdi. Bu zəfəri bizə yaşadan şanlı ordumuza daim müzəffər olmağı arzu edir, şəhidlərimizin uca ruhu önündə baş əyirik.
Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























