“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək - 100 MİN MANAT AYIRDI
(®️) Bu gün ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC yaranmasının 10 illik yubileyini qeyd edir. Şirkət 10 illik yubileyi münasibətilə şəhid ailələrinə dəstək məqsədilə 100 min manatlıq vəsait ayırıb.
Belə ki, “PAŞA Həyat Sığorta” şirkəti yubileyi münasibətilə şəhid ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə ümumi məbləği 100.000 AZN olan dəstək vəsaiti köçürüb.
Qeyd edək ki, “PAŞA Həyat” ikinci Qarabağ müharibəsi başlayan gündən ön və arxa cəbhədə vuruşan döyüşçülərin yanında olub. Şirkət bir hərbi hospitalı paltaryuyan maşınlarla, ordumuzu isə bir neçə işıq generatorları ilə təchiz edib. Bundan əlavə, Şirkət əməkdaşları tərəfindən Silahlı Qüvvələrə Dəstək Fonduna müxtəlif ianələr olunub, eləcə də Ermənistanın cəbhəyani rayonlarımıza hücumlarından zərər çəkərək, Bərdədə məskunlaşan məcburi köçkün ailələrinə yardımlar aparılıb.
“Həm şirkətimizin qurucuları, həm də kollektivimiz Vətənimizin bütövlüyü və qalibiyyəti uğrunda şəhidlik zirvəsinə ucalan döyüşçülərimizin ailələrinə dəstək olmağı mənəvi borcu kimi görür” – İdarə Heyətinin sədri Niyaz İsmayılov vurğulayıb. Şirkət rəhbərliyi “PAŞA Həyat” şirkətinin bundan sonra da şəhid ailələrinin və müharibə iştirakçılarının firavan yaşaması üçün əlindən gələni edəcəyini bildirib.
Biz varıq, çünki Vətən var. Vətən var, çünki onu qoruyan, onun yaşaması üçün canından keçən qəhrəmanlar var. Ruhunuz qarşısında baş əyirik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























