Sabahın hava proqnozu
Azərbaycanda noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Noyabrın 12-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Sabah Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
32 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
33 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir

























