"Minlərlə əsgərimiz mühasirəyə alınacaqdı, hər şeyi itirə bilərdik"
Marja Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışlarından bəzi məqamları təqdim edir:
- Şuşanın süqutunun səbəblərindən biri də Qaqik Tsarukyanın dəstəsinin Şuşa uğrunda döyüşlərdə iştirak etməməsidir.
- Şuşanın süqutundan sonra şəhəri geri qaytarmaq üçün 2 cəhd oldu. İlk cəhd uğursuz oldu. İkinci cəhd zamanı qruplardan biri Şuşaya girməyi bacardı. Şəhərin üzərində nəzarətin olması barədə müxtəlif məlumatlar bununla əlaqəli idi.
- Hər şeyi itirə bilərdik, ancaq mümkün olanı qoruduq.
- Yüksək ehtimalla Stepanakert (Xankəndi), Əsgəran, Martuni (Xocavənd) ələ keçirilmiş olardı. Onlar əldən çıxdıqdan sonra müdafiə sahələrimiz və minlərlə əsgərimiz mühasirəyə alınacaqdı. Bu səbəbdən bir müqavilə imzalamağa qərar verildi.
- Müqavilənin məntiqi ərazilərin təslim edilməsində deyil, o zamana qədər qorunub saxlanıla biləcək ərazilərin qorunmasındadır.
- Qarabağa dair bu çox ağrılı qərar müharibənin davam etməsi nəticəsində saxlanıla bilməyənləri saxlamağa imkan verdi.
- Onlarla hərbçi yerdəki vəziyyəti yaxşı bilərək sənədin imzalanmasını dəstəklədikləri videoları cəbhədən göndərirlər.
- "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Qaqik Tsarukyan həbsdən çıxdıqdan sonra özü rəhbərlik edəcəyi könüllülərdən ibarət dəstə yaratdığını elan etdi. Ancaq bu dəstə heç vaxt cəbhəyə getmədi. Bu dəstə o zaman niyə yaradıldı? Bəlkə başqa məqsədlər üçün?" (Qeyd edək ki, "Çiçəklənən Ermənistan" partiyası Nikol Paşinyanın istefasını tələb edir- red).
- Müharibə olacağını bilirdikmi? Bəli, bilirdik. Ancaq bu müharibə üç qüvvəyə qarşı müharibə idi. Ordumuz qəhrəmanlıqla vuruşdu. Zabitlərimiz inanılmaz qəhrəmanlıq göstərdilər. Ancaq o yerə çatdıq ki, ordu vəziyyəti ən qısa müddətdə həll etməyi qarşımıza qoydu. Əks təqdirdə, nəticələr gözlənilməz olacaqdı.
- Biz atəşkəs razılaşmasını hərbi əməliyyatlar başlayan zaman ona görə imzalamadıq ki, inanırdıq ki, elə edəcəyik, biz atəşkəs etməkdə maraqlı olmayaq, bunu düşmənin boyuna qoyaq, onu buna məcbur edək. Təəssüf ki, bu, baş vermədi.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
43 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
-
49 d. əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 55 d. əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























