“İrşad Electronics” yaralı hərbçilərə mobil telefonlar hədiyyə etdi
Mobil telefonlar xoş xəbərlərə vəsilə olmaq niyyəti ilə hədiyyə olunub(®️) Haqqımız olan Qarabağ uğurunda döyüşlərin başladığı gündən bu günə kimi Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” müzəffər ordumuza dəstək olmağa davam edir.
Şirkət rəhbərliyi və komandası bu dəfə döyüşlərdə iştirak edən yaralı hərbçilərimizin eşidəcəyi xoş xəbərlərə vəsilə olmaq niyyəti ilə 100 nəfərə mobil telefon hədiyyə etdi.
Hərbçilərin döyüş zamanı itirdikləri, yararsız vəziyyətə düşən telefonlarının olmaması səbəbindən ailəsi ilə əlaqə saxlamaq imkanları məhdudlaşırdı. Bu məhdudiyyəti aradan qaldırmaq üçün şirkət tərəfindən belə bir təşəbbüs irəli sürüldü. Bakı şəhərində müxtəlif xəstəxanalarda ümumilikdə 100 hərbçi ilə görüşən “İrşad Electronics” şirkətinin İdarə Heyətinin Üzvü və Marketinq departamentinin rəhbəri Əli Bədəlov bildirdi ki, yaralı hərbçilərimizlə görüşdə onların ruh yüksəkliyinə qibtə etməmək qeyri mümkündür: “Biz ötən gün cəbhə bölgəsinə əsgərlərə lazım olan ləvazimatları aparanda orada da eyni şəkildə hərbçilərimiz olduqca məğrur şəkildə, qələbə adını tutaraq torpaqlarımız uğrunda döyüşə gedirdilər. Eyni şəkildə bu ruh yüksəkliyini yaralı hərbçilərimizdə də gördük. Ümid edirik cismən burada, amma qəlbi döyüşdə, döyüş yoldaşlarının yanında olan hərbçilərimiz zəfər xəbəri ilə tez zamanda ayağa qalxarlar.”
Qeyd edək ki, ötən günlərdə şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub. Qarabağda gedən zəfər döyüşləri müddətində şəhid olan və yaralanan hərbçilərin kredit borclarını tam siləcəyi xəbərini verib. Həmçinin Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb. Ordumuza dəstək olmaq məqsədi ilə isə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna da 50.000 manat köçürüb və cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb.
“İrşad Electronics” şirkəti olaraq ordumuzun zəfər yürüşləri ilə fəxr edir və döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçilərin sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 d. əvvəl
-
-
16 d. əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var




















