Bank hərbiçilərə və cəbhə bölgəsinin sakinlərinə kömək edir
“AccessBank” bu günlərdə Qarabağ və ətraf bölgələrdə baş verən hadisələrdən kənarda qalmır. Bununla bağlı olaraq, Bank isti üst və alt geyimləri, gündəlik tələbat malları və gigiyenik vasitələri özündə birləşdirən individual hərbi dəstlər hazırlayıb. Dəstlər “AccessBank”ın cəbhəyani filialları tərəfindən yaxınlıqdakı hərbi hissələrə - Silahlı Qüvvələrin sıralarına qatılanlara çatdırılıb.
“AccessBank” həmçinin müharibədən əziyyət çəkən mülki əhaliyə də humanitar yardım göstərib. Əsasən Bərdə və Ağcabədi ərazisində zərər çəkmiş sakinlərin gündəlik tələbatını ödəmək üçüb Bank müvafiq bölgələrin yerli icra qurumlarına yorğan-döşək, xırda məişət avadanlığı, birdəfəlik qablar yollayıb. Layihə ASK - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə həyata keçirilib.
Qeyd edək ki, daha öncə “AccessBank” baş verən məlum hadisələrlə bağlı olaraq, bankın cəbhəyani filiallarında, həmçinin hücumlara məruz qalan digər bölgələrdə işləyən əməkdaşları üçün təlimlərə start verib. Bərdə, Gəncə, Mingəçevir və Qazaxda həyata keçirilən təlimlərin əsas məqsədi filial əməkdaşlarını fövqəladə hallar zamanı atılacaq addımlar, mülki müdafiə və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmaq olub.
“AccessBank” korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq, Qarabağ və ətraf bölgələrdə cari vəziyyət davam etdikcə əhaliyə yardım göstərməyə davam edəcək. Bankın kollektivi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə soydaşları ilə həmrəydir, həmçinin cəbhə bölgəsinin əhalisinə hərtərəfli dəstək olmaqda davam edir və hər bir azərbaycanlının tezliklə evinə qayıdacağına inamını bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




