“İrşad Electronics” balaca Xədicə Şahnəzərovanı himayəyə götürmək istəyir
“İrşad Electronics” balaca Xədicə Şahnəzərovanı himayəyə götürmək üçün Gəncə İcra Hakimiyyətinə rəsmi müraicət ünvanladı.Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Ermənistan tərəfindən vurulan Gəncə şəhərində baş verən hadisə nəticəsində ailəsini itirən və yaralı vəziyyətdə xəstəxanada olan balaca Xədicə Şahnəzərovanı himayəyə götürmək üçün Gəncə İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıb.
Müraciətdə şirkətin balaca Xədicənin yetkinlik yaşlarına (18 yaş) çatana qədər aylıq təminat xərclərini öz üzərinə götürmək və universitetə qəbul olduğu təqdirdə 4 illik ödəniş haqqını ödəmək istədiyi bildirilir.
Şirkət tərəfindən ünvanlanan rəsmi məktubda qeyd olunub:
“Balaca vətəndaşımız Xədicənin doğmalarının yerini heç kim əvəz edə bilməz, lakin bütün Azərbaycan olaraq artıq onun ailəsiyik. Yaşadığı acılar acımızdır. Bu günlərdə Azərbaycan Ordusunun Tarixi zəfər yolunda baş verən hadisələr insanların birliyini daha da gücləndirdi. Hər kəs Vətən qarşısında öz vəzifə borcunu ödəmək üçün əlindən gələni edir. İstər ön cəbhədə hərbçilərimizin göstərdiyi şücaət, istər arxa cəbhədə millətimizin ordumuz üçün, erməni terrorçuları tərəfindən zərər görümüş vətəndaşlarımıza etdikləri bu ölkənin vətəndaşı olaraq bizi də qürurlandırır. Bu minvalla biz də dəstək üçün əlimizdən gələni etməyə hazırıq.”
Qeyd edək ki, ötən günlərdə şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub. Qarabağda gedən zəfər döyüşləri müddətində şəhid olan və yaralanan hərbçilərin kredit borclarını tam siləcəyi xəbərini verib. Həmçinin Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb. Ordumuza dəstək olmaq məqsədi ilə isə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna da 50.000 manat köçürüb və cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb.
“İrşad Electronics” şirkəti olaraq ordumuzun zəfər yürüşləri ilə fəxr edir və döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçilərin sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























