Ziyanın aradan qaldırılması işlərinə başlanıldı
Məlum olduğu kimi, sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələri mütəmadi olaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərə ciddi ziyan yetirməkdədir.
Marja-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə müvafiq komissiya yaradılıb. Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və aidiyyəti yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə yerlərdə araşdırma işlərinə başlanılıb.
Yaradılmış komissiya artıq Mingəçevir şəhərində araşdırma-qiymətləndirmə işlərini başa çatdırıb və qısa müddətdə Gəncə şəhəri üzrə işlər də yekunlaşdırılacaqdır. Hazırda işlər Bərdə, Beyləqan və Ağcabədi rayonlarında aparılır. Həmçinin, yaxın günlərdə Cəbrayıl, Füzuli, Naftalan və Göygöl rayonlarında da komissiya tərəfindən araşdırma-qiymətləndirmə işlərinə başlanılacaqdır.
Müharibə vəziyyətində ölkədə infrastruktur və mülki obyektlərin bərpası və tikintisi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və dövlət başçısının vətəndaşlara qayğısının əyani təzahürüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)





