Ermənistanda üzüm istehsalçıları müflisləşirlər
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətinin təsiri artıq iqtisadiyyatının bütün sahələrində özünü göstərir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn Ermənistanın kütləvi informasiya vasitələrinə istinadən (“Sputnik Аrmenia” və sair) bildirir ki, artıq bu ölkənin üzümçülük sektorunda da ciddi problemlər yaşanır. Belə ki, Ermənistanda hərbi səfərbərliyin davam etməsi üzüm emalı zavodlarının tam gücü ilə işləməsinə mənfi təsir göstərib. Bunun nəticəsində üzüm emalı müəssisələri aldıqları üzümün qiymətini kəskin ucuzlaşdırıblar.
Hazırda Ermənistanda emal müəssisələri üzümün bir kiloqramını 90 drama (0,18 dollar) və ya ondan da daha aşağı qiymətə alırlar. Alternativ satış imkanı olmayan fermerlərdə isə emal müəssisələrinin şərtlərini qəbul etməyə məcburdurlar və onlar məhsullarını maya dəyərindən də ucuz satmalı olurlar. Nəticədə Ermənistanda üzüm istehsalçıları müflisləşirlər.
Qeyd edək ki, ötən il Yerevan Konyak Zavodu üzümün bir kiloqramını topdan 140-150 drama alırmış. Bu isə o deməkdir ki, müharibənin də təsiri ilə Ermənistanda üzümün qiyməti 40 faizə qədər ucuzlaşıb və Ermənistan fermerləri ciddi şəkildə zərərlə başa vurublar. Bu isə həm də ondan xəbər verir ki, emal müəssisələrinin tam gücü ilə işləməməsi səbəbindən növbəti ildə Ermənistanın spirtli içkilər ixracında da ciddi azalma ola bilər.
Məlumat üçün bildirək ki, 2019-cu ildə Ermənistanın ixracının 11 faizə qədərini spirtli içkilər təşkil edib. Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı müharibənin təsirləri bu ölkənin iqtisadiyyatını çökdürməkdədir. Artıq Ermənistanda vətəndaşlar həyatın bütün sahələrində müharibənin acısını hiss edirlər və bunun getdikcə böyüyərək işğalçı dövləti fəlakətə sürükləyəcəyi qaçılmazdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 26 d. əvvəl
-
-
56 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib




























