Ölkənin aparıcı qida şirkətləri “Güc birlikdədir!” dedilər - FOTO
“Avrora Qrup” və “Azərsun Holdinq”-in birgə təşkilatçılığı ilə Füzuli rayonunun təmas xəttində yerləşən kəndlərində yaşayan 200 ailəyə ərzaq yardımı paylanılıb.
“Güc birlikdədir” şüarı ilə keçirilən layihə çərçivəsində “Avrora Qrup” və “Azərsun Holdinq”-in nümayəndələri Şükürbəyli və Alxanlı kəndlərinə baş çəkərək sakinlərlərlə görüşüb, gündəlik tələbətlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqat bağlamalarını onlara çatdırıb.
Mənfur düşmənin sözügedən kəndləri mütəmadi olaraq ağlır artilleriya və top atəşləri ilə hədəf almasına baxmayaraq, əhalidə böyük ruh yüksəkliyi mövcuddur. “Güc birlikdədir” aksiyasının keçirilməsində əsas məqsədlərdən biri də rəşadətli ordumuzun Qarabağı azad etmək uğrunda apardığı uğurlu əməliyyatlar dövründə atəşə tutulan kənd sakinlərinə yalnız olmadıqlarını, eyni zamanda milli həmrəyliyin güclənməsinin növbəti təzahürünü göstərməkdən ibarətdir. Həmçinin qida sənayesi sahəsində rəqib olan “Avrora Qrup” və “Azərsun Holdinq” bu aksiyasını həyata keçirməklə mövzu Vətən olduqda hər kəsin çiyin-çiyinə dayanaraq Ali Baş Komandanın əsgəri olduğunu nümayiş etdirmək olub.
Füzuli rayonu İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan görüşdə kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə, həm ölkə başçısına, həm də “Avrora Qrup” və “Azərsun Holdinq” rəhbərlərinə dərin təşəkkürünü bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




