"Az xərcli, müasir istixanalar qururuq"
Bugünkü bazarı nəzərə alaraq, istixana biznesini gəlirli biznes sektorlarından biri kimi qeyd etmək olar.
"Zovg Construct" Azərbaycanda istixana quran şirkətdir. Şirkətin rəhbəri və təsisçisi Araz Mirzəyev “Marja”ya müsahibəsində bildirdi ki, şirkət strategiyasını aqrar sektorun inkişafı üzərində qurub. Əsas prinsiplərdən biri də yüksək keyfiyyəti saxlamaq ilə yanaşı, ən aşağı qiymətlər təklif etməkdədir.
“Hər büdcəyə uyğun istixana tikinti paketlərimiz mövcuddur. Ən sadəsindən başlayaraq, tam müasir avtomatlaşdırılmış istixanalara qədər qururuq. Bizim şirkətin məqsədi sahibkarların sağlam məhsul əldə edib, öz bizneslərini daha tez bir zamanda inkişaf etdirmələridir.
Bununla bərabər, biz daimi yeniliklər axtarışındayıq və tez bir zamanda yeni təkliflər ilə müştərilərimizi sevindirəcəyik.
Peşəkar komandamız hər zaman xidmət göstərməyə hazırdır.
Təcrübəli mütəxəssislərimiz yeni texnologiyalardan istifadə edir və fərqli zövqümüz imkan verir ki, şirkətimiz qəbul etdiyi sifarişləri yüksək keyfiyyətlə və zəmanətlə təhvil versin”,- Araz Mirzəyev bildirdi.
İSTİXANA BİZNESİNDƏ ƏN BÖYÜK XƏRCƏ 70% UCUZ HƏLL
Şirkətin rəqhbəri qeyd etdi ki, istixana biznesində ən ciddi maliyyə problemləri yaradan yanacaq xərcləridir:
“Şirkətimizin mütəxəssisləri bu problemi aradan qaldırmaq üçün, alternativ enerji təmin edən, Norveç texnologiyası ilə yaradılan saman sobalarını və yağ ilə calışan odluqlar təklif edir. Beləliklə, istilik sisteminin xərcləri 70% azalmış olur”.
"Zovg Construct"un aşağıdakı xidmətlərindən faydalana bilərsiniz:
-Bazar araşdırmasnın aparılması və Biznes Planın hazırlanması,
-Maliyyələşmə məsələlərinin həlli, o cümlədən kredit alınması sahəsində məsləhət və dəstək,
-Şirkətin qeydiyyatdan keçirilməsi,
-Müvafiq hallarda investisiya təşviqi sənədinin alınması ilə bağlı konsultasiya,
-Torpaq sahəsin alınması və ya icarəsi ilə bağlı sənədləşdirmə işlərinin aparılması,
-Müvafiq tikinti işlərin açar təhvil prinsipi üzrə aparılması,
-Biznesin idarəedilməsi ilə bağlı tam dəstək (o cümlədən işçi qüvvəsinin tapılması, təlimlərin keçirilməsi, müqavilə və digər hüquqi sənədlərin hazırlanması, marketinq və satış sahəsində),
- Bendin yaradılması,
-Tikinti zamanı daimi hesabatların verilməsi,
- Torpağın kimyəvi, fiziki analizlərin edilməsi və fərdi gübrələnmə tövsiyyə xarakterli hesabatların hazırlanması,
- Aqronom məsləhətləri,
- Gübrə və şitillərin təşkili,
- Yetişmiş məhsulun satışının təşkili,
- İstixanaların kamera müşahidə sistemi ilə təchizi,
-Məhsulun yığım vaxtı kompyuter sistemi ilə düzgün hasablamaların aparılması.
Dəmir konstruksiyaya 50 il zəmanət verilir və il boyu servis xidmətləri göstərilir.
İSTİXANALAR
İstixana tərəvəz, çiçək, ağac və kol şitilləri yetişdirmək üçün istifadə olunan, divar və dam örtüyü politelin, şüşə və polikarbonat təbəqədən ibarət olan qurğudur. Hazırda istixanalar ən geniş yayılmış orta və ya iri həcmli kultivasiya qurğuları hesab edilir. Müasir avadanlıqlardan istifadə etməklə istixanalarda müxtəlif bitkilərin yetişdirilməsi üçün optimal şərait yaratmaq mümkündür. Texnoloji tələblərə uyğun olaraq istixanaları təyinatına, istismar müddətinə və bitkilərin becərmə üsullarına görə qruplaşdırmaq olar. Təyinatına görə istixanalar tərəvəz və şitil yetişdirilməsi üçün nəzərdə tutulur. İstismar müddətinə uyğun olaraq istixanalar qış (il boyu istismar olunması nəzərdə tutulan) və yaz (yaz, yay və payız aylarında istismar olunan) istixanalarına bölünür. Bitki becərmə üsullarına görə torpaqda becərilən istixanalar (bitkilərin torpaq qarışığında becərilməsi üsulu) və torpaqsız becərilən istixanalar (hidropon və aeropon üsulları) mövcuddur.
3 növ istixana istehsal edib quraşdırırıq, bunlar da aşağıdaki tip istixanalardır:
-VENLO
-SPAM
-GOTIK
İstixanaların örtüyü seçiminizdən aslı olaraq aşağdaki növlərdən ola bilər:
-ŞÜŞƏ
-POLİKARBONAT
-POLİETİLEN
İstixananın konstruksiyası korroziyaya davamlı profillər, su axıtma xətləri, xamut və bağlayıcılar və s ibarətdir. Dam örtükləri isə dəyişkən hava şəraitinə, ağır qar yükünə və 120-130 km/saat külək sürətinə davam gətirə bilməsi üçün xüsusi texniki proseslər keçərək istehsal olunur. Havalandırma pəncərələri tək və cüt (kəpənək) şəklində dizayn edilmişdir.
Lahiyələrin çəkilməsi
"Zovg Construct" çox sərfəli qiymətlərlə istənilən növdə lahiyələrin tərtib olunması xidmətlərini təklif edir. İstər hazır tikilmiş, istərsədə tikiləcək obyektlərin lahiyəsinin tərtib olunması sizin obyektinizin gələcəkdə istifadəsində rahatlıq yaradacaqdır.
-Tikinti lahiyəsi
-Elektrik lahiyəsi
-Santexnika lahiyəsi
-Landşaft lahiyəsi
-Havalandırma lahiyəsi
-Sahənin hesablanması
-Müasir Geodeziya alətləri ilə mühəndis-ölçü işləri (LEİCA-İsveç, TS-09, Septentrio GPS)
-3D Nöqtə Buludu
-Lazer Skanlama
-3D Dizayn
Daha ətraflı: +99450 388 78 78
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
8 saat əvvəl
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
-
9 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
11 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
11 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
12 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
12 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb





.jpg)






.jpg)






