“Moskva görüşündə yalnız humanitar məqsədlərlə bağlı razılaşma əldə edilib”
“Qarabağ müharibəsinin növbəti və ən aktiv fazası bu gün başlayıb. Bundan əvvəl yalnız ordumuz, əsgərlərimiz savaşırdısa, bu gün artıq biz də savaşa başlayırıq, birliyimizi göstərərək, xalq olaraq, bütün gücümüzlə. Xalqımızın ruh yüksəkliyinə qarşı hər hansı tezislə çıxış edənlər, bunu ya bilməyərəkdən edir, savadı imkan vermir. Ya da ki, reallığı dərk etmirlər”.
Bunu Milli Məclisin üzvü Kamal Cəfərov deyib.
K. Cəfərov bildirib ki, bu gün biz qələbəmizi beynəlxalq səviyyədə rəsmiləşdirməliyik, özü də birdəfəlik: “Birinci, 30 illik status-kvo dəyişdi. Artıq təmas xətti yoxdur, hər yer təmas xəttidir bizim üçün. İkincisi, Xarici İşlər nazirlərinin Moskva görüşündə yalnız humanitar məqsədlərlə bağlı razılaşma əldə edilib. Bəyanatın 2-ci bəndində qeyd edilir ki, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Atəşkəsin parametrlərini isə müharibədə üstün mövqeyə malik olan tərəf, Azərbaycan tərəfi diktə edəcək.
Hər kəs bilməlidir ki, bu sənəd Xarici İşlər naziri səviyyəsində yalnız bəyanat kimi qəbul edilib, daha ciddi sənədlər ölkə başçısı səviyyəsində imzalanır. Bundan əvvəl də atəşkəs barədə razılıq olub, ancaq riayət edilməyib.
Üçüncüsü, bundan əvvəl Ermənistan rəhbərliyi qeyd edirdi ki, Dağlıq Qarabağ ətrafında olan rayonlar da Dağlıq Qarabağa daxildir və müzakirələrə Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin rəhbərliyi də tərəf olmalıdır. Moskva görüşün nəticələri ilə bağlı qəbul olunan sənədin 4-cü bəndi isə Ermənistanın siyasi rəhbərliyinin məğlubiyyətinin bariz nümunəsidir. 4-cü bəndə qeyd edilir ki, tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər. Formatı heç kim dəyişə bilməz. Bu birmənalı olaraq, Ermənistanın diplomatiyada məğlubiyyətidir.
Sonuncusu isə bəzi hallarda ictimai rəy var ki, danışıqlar növbəti dəfə uzanacaq. Xeyr. Razılaşmanın 3-cü bəndində konkret olaraq göstərilib ki, münaqişənin “tezliklə” sülh yolu ilə həlli məqsədilə “substantiv” danışıqlara başlayırlar. İndi isə əvvəlki dövr deyil. Bunu hər kəs başa düşür və bilir.
Növbəti rəy ondan ibarət idi ki, erməni tərəfi özünə güc yığacaq. Ən azından Müdafiə Nazirliyinin videolarındakı məhv edilən texnikaları saysaq, məhv edilən erməni əsgərlərini saysaq, Ermənistanın müdafiəsi çox ciddi itkiyə məruz qalıb. Qoy Sülemaniyədən terrorist gətirsinlər, silah gətirsinlər, onlar pul uğrunda vuruşurlar, biz isə öz torpaqlarımız uğrunda mübarizə aparırıq. İndi isə yeni strateji mövqelərimizdə rahat yerləşməli, vəziyyəti yenidən qiymətləndirməliyik. Dağlıq Qarabağ ətrafında bir neçə vacib strateji mövqelər bizdədir”.
Dərhal xəbər almaq üçün Telegram səhifəmizə abunə olun: https://t.me/marjaaz
K. Cəfərov ümumilikdə Moskva görüşünün və görüşdə Azərbaycanın iştirakının vacib olduğunu vurğulayıb: “Bəzi ölkələr, xüsusilə Fransa açıq formada Ermənistanın tərəfini tutur. Paşinyan dünya ölkələrini Dağlıq Qarabağı tanımağa çağırır. Təsəvvür edirsiniz, hansısa ölkə beynəlxalq hüquqa zidd olaraq Dağlıq Qarabağı tanıyır. Bu istisna deyil.
Digər tərəfdən, erməni tərəfi bizi genosid edən tərəf kimi təqdim edir, lakin biz sülhsevər xalqıq. 30 il isə bunun əyani nümunəsi idi. Lakin beynəlxalq siyasi səviyyədə olan bütün rəyləri nəzərə alaraq, ermənilərə bu sonuncu şans verilməli idi ki, bizim torpaqlardan çıxsınlar. Qoy bütün dünya görsün ki, biz bu şansı verdik. Sonra heç bir bəhanələri olmasın”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi çox aydındır, güclü siyasi qətiyyəti var: “Erməni tərəfi işğalda olan torpaqlarımızdan çıxma qrafiki verməli və bu, ATƏT Minsk Qrupu ölkələri tərəfindən təsdiq edilməlidir. Çıxmasalar, ordumuzun gücünü, qətiyyətimizi bilirlər. İndiki mərhələdə isə təmas xətti yoxdur. Hər an hər şey baş verə bilər. Möhkəm olmalıyıq, bizim haqq mübarizəmiz tarixin doğru tərəfində, beynəlxalq hüquq çərçivəsindədir”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 d. əvvəl
- 16 d. əvvəl
-
- 25 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
-
1 saat əvvəl
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
-
1 saat əvvəl
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
1 saat əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
2 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib





















