BASF-ın İnşaat Kimyəviləri Bölməsi artıq MBCC Qrupudur
Şirkət biznes fəaliyyətinə hazırdır▪ BASF Qrupundan ayrılma müvəffəqiyyətlə başa çatdı.
▪ Dr. Jochen Fabritius MBCC Qrupunun yeni baş icraçı direktoru təyin edildi.
▪ MBCC Qrup şirkətlərinin tam potensialını həyata keçirməyə hazırdır.
MBCC Qrupu, özəl qlobal kapital şirkəti Lone Star Funds tərəfindən satın alındıqdan sonra keçmiş BASF inşaat kimyəviləri bölümündən çıxmışdır və 1 Oktyabr 2020-ci il tarixindən etibarən fəaliyyətə başlamışdır.
BASF və Lone Star arasındakı sövdələşmə 30 sentyabr 2020-ci il tarixində bağlanmış və gecə yarısından etibarən qüvvəyə minmişdir. Lone Star şirkəti indi işin yeni sahibidir. MBCC Qrupu, keçmiş 18 ay ərzində BASF Qrupundan ayrılmış və artıq tamamilə müstəqil təşkilatdır.
MBCC Qrupu, dünya miqyasında inşaat kimyəviləri və həllərinin aparıcı təchizatçılarından biridir, tikinti sənayesinin müxtəlif sektorları, o cümlədən binalar, tikililər, yeraltı inşaat, yeni inşaat və təmir üçün innovativ və davamlı məhsullar və həllər təklif edir.
MBCC Qrupu, dünya miqyasında qatqı sistemlərinin tədarükçüləri arasında və olduqca bölünmüş inşaat sistemləri bazarında lider şirkətlər arasındadır.
MBCC Qrupu dünyada 30.000-dən çox müştəri və biznes tərəfdaşlarına xidmət göstərir. Dünya üzrə təxminən 70 şirkətdən ibarətdir və 60-dan çox ölkədə 7500-ə yaxın işçi və inşaat mütəxəssisini əhatə edir. Qlobal və Avropa baş ofisi Almaniyanın Mannheim şəhərində, regional mərkəzi ABŞ-ın Beachwood, Ohio, ABŞ (Amerika), Dubay BƏƏ, (Yaxın Şərq-Rusiya-Afrika) və Sinqapurda (Asiya Sakit Okean bölgəsi) yerləşir.
MBCC Qrupun güclü əsas markaları Master Builders Solutions®, PCI®, Thermotek®, Wolman®, Colorbiotics® və Watson Bowman Acme® bazarlarda yaxşı mövqelərə malikdirlər və 100 ildən çox sənaye irsi və təcrübəsinə malikdirlər.
Dr. Jochen Fabritius Baş İcraçı Direktor vəzifəsinə təyin edildi.
Şirkətin yeni sahibləri Dr.Jochen Fabritius'u MBCC Qrupun yeni baş icraçı direktoru (CEO) olaraq təsdiqlədi.
Dr. Fabritius, demək olar ki, bütün karyerasını inşaat sektorunda keçirmiş, inşaat mühəndisidir. O, inşaat sənayesinin yüksək təcrübəli mütəxəssisidir. Ötən illərdə, o 2014-cü ildə qatıldığı Xella şirkətində əvvəlcə baş əməliyyat müdiri (COO) vəzifəsində işləmiş, daha sonra 2017-ci ildən etibarən baş icraçı direktor olaraq çalışmışdır. Bundan əvvəl 15 il McKinsey & Company konsaltinq şirkətində işləmişdir.
O bildirdi ki, “MBCC Qrup’un tam potensialını həyata keçirmək üçün güclü bir qlobal idarəetmə qrupu ilə sıx əməkdaşlıq edən MBCC Qrupuna qoşulduğum üçün çox xoşbəxtəm. Fürsətdən istifadə edərək bütün əməkdaşları, qlobal pandemiya dövründə və iddialı müddət çərçivəsində uğurla şirkətdən ayrılma prosesini yerinə yetirərək, verdikləri zəhmətə və göstərdikləri fədakarlığa görə təşəkkür etmək istəyirəm”.
MBCC Qrupu diqqətini innovativ, dayanıqlı həllər təqdim etməyə hədəflənir və rəqəmsal dövr üçün yaxşı hazırlanmışdır.
İnnovasiya, yeni MBCC Qrupu şirkətlərinin əsas hərəkətverici qüvvələrindən biri olaraq, qlobal və regional elmi-tədqiqat mərkəzləri şəbəkəsi vasitəsilə güclü şəkildə yerləşdirilmişdir. Almaniyanın Trostberg şəhərində yerləşən qlobal elmi-tədqiqat mərkəzində mütəxəssislər təməl tədqiqatlar və yeni beton texnologiyalar üzərində işləyirlər, eyni zamanda inşaat kimyəviləri və əlaqədar sistem həlləri üçün yeni məhsullar və proseslər hazırlayırlar. Bu mərkəz MBCC Qrupun qatqı sistemləri, yeraltı tikinti və qatranlar üçün innovasiya zəncirinə xidmət göstərir və bütün patent portfelini və qlobal texnoloji layihələri idarə edir. MBCC Qrupu, Şimali Amerika, Avropa, Asiya Sakit Okean və Yaxın Şərq-Rusiya-Afrika bölgələrində regional inkişaf mərkəzlərini idarə edir.
“Dayanıqlı həllər təklif etmək MBCC Qrup portfelinin əsas prinsiplərindən biridir. Bu gün şirkətlər qrupu tərəfindən təklif olunan məhsulların 35%-dən çoxu onsuz da davamlı olaraq hazırlanmışdır. İqtisadi faydaları artırmaq və eyni zamanda qlobal istiləşmənin azaldılmasına töhfə vermək - müştəri ehtiyaclarını ödəmək və yanaşma tərzimizi nümayiş etdirmək və təşviq etmək üsullarından biridir” deyə MBCC Qrupunun Texnologiya üzrə Baş direktoru Dr. Sven Asmus bildirmişdir.
Master Builders Solutions mütəxəssisləri, Avropalı müştərilərlə əməkdaşlıq edərək, üstün kimyanın müştərilərin məhsuldarlığını artırmağa və əməliyyat xərclərini və karbon qazı buraxılışını azaltmağa necə imkan verdiyini nümayiş etdirən seçilmiş nümunəvi Page 4 of 5 halları təqdim edirlər. İstismar Dövrü Analizatoru kimi xarici qiymətləndirmə vasitələri əldə edilən faydaları ölçür.
Daha ətraflı məlumatı www.sustainability.master-builderssolutions.com səhifəsindən əldə edə bilərsiniz.
Tikinti sənayesində rəqəmsallaşmanın artması ilə bağlı güclü tendensiya, MBCC Qrupun rəqəmsal təklifində də öz əksini tapır. Master Builders Solutions, Watson Bowman Acme, Thermotek, Senergy ™ və Finestone® markaları üçün 700-dən çox BİM (Binanın informasiya modelləşdirilməsi) obyekti və davamlı artan obyekt bazası olan MBCC Qrup, inşaat kimyəviləri sənayesindəki ən böyük BİM portfelini təklif edir. Obyektlər bir çox qlobal BİM kitabxanasında və verilənlər bazasında mövcuddur və bütün müvafiq məlumatlar və giriş hüququ aşağıdakı internet səhifəsində təmin edilir: https://virtual-design.basf.com/global/
MBCC Qrupu, BMM-ə əlavə olaraq müxtəlif həll yolları, hesablama alətləri və digər rəqəmsal xidmətlər də təklif edir: Buna bir nümunə Master Builders Solutions tərəfindən təqdim olunan Onlayn Planlaşdırma Alətidir. Bu spesifikasiya aləti inşaat mütəxəssislərinə layihələri üçün tez və asanlıqla doğru həll yollarını tapmaqda kömək etməklə yanaşı, dəyişən layihə tələblərinə də çevik şəkildə uyğunlaşmağa imkan yaradır və layihə planlaşdırma prosesinin hər mərhələsində mühüm məlumatlar verir.
Daha ətraflı məlumatı aşağıdakı səhifədən əldə edə bilərsiniz: https://online-planning.master-builders-solutions.com/en/uk
Mətbuat şəkillərini qlobal internet səhifəmizdəki xəbərlər bölməsindən əldə edə bilərsiniz: www.mbcc-group.com
MBCC Qrupu haqqında
MBCC Qrupu, dünya miqyasında inşaat kimyəvilərinin və həllərinin aparıcı təchizatçılarından biridir və Lone Star Funds tərəfindən satın alındıqdan sonra keçmiş BASF inşaat kimyəviləri bölməsindən ayrılmışdır. Biz tikinti sənayesinin müxtəlif sektorları, o cümlədən binalar, yeni tikililər, yeraltı inşaat və təmir üçün innovativ və davamlı məhsullar və həllər təklif edir. Bizim əsas güclü markalarımız Master Builders Solutions®, PCI®, Thermotek®, Wolman®, Colorbiotics® və Watson Bowman Acme® bazarlarda yaxşı mövqelərə malikdirlər. İnnovasiyalarımızla sənayedə dayanıqlılıq problemlərini həll edirik. MBCC Qrupu dünya miqyasında təxminən 70 şirkətdən ibarətdir və 60-dan çox ölkədə 7500-ə yaxın işçi və inşaat mütəxəssisini əhatə edir. MBCC Qrupu, Lone Star Fund XI-nin bir hissəsidir və fond birjalarında qeyd olunmamışdır.
Daha ətraflı məlumatı üçün bu səhifəyə müraciət edin: www.mbcc-group.com Biz dayanıqlı fəaliyyət qururuq.
“Master Builders Solutions Azerbaijan” MMC şirkəti haqqında
“Master Builders Solutions Azerbaijan” MMC şirkəti, MBCC Qrup şirkətlər qrupuna daxildir. Şirkət 2006-cı ildən etibarən Sumqayıt şəhərinin yaxınlığında öz fabrikasını qurmaqla, Azərbaycanda fəaliyyətdədir, bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir. Şirkətimiz inşaat kimyavilərindən: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksid və poliuretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri, gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir tikinti kimyəviləri istehsal edir.
Daha ətraflı məlumatı üçün bu səhifəyə müraciət edin: www.master-builderssolutions.com
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
8 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 11 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO





















