Ermənistanın xarici borcu yüksək həddədir
Beynəlxalq Valyuta Fondu Ermənistan Respublikasının xarici borcunun yüksək həddə olduğu qənaətindədir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhinə görə 2019-cu ilin sonuna Ermənistan Respublikasının xarici borcu 11,4 milyard ABŞ dolları təşkil edib ki, bunun da 5,8 milyard ABŞ dolları xarici dövlət borcudur. Ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula (bundan sonra – ÜDM) nisbəti 42,5 faiz, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 1900 ABŞ dolları olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, Ermənistanda xarici borcla bağlı göstəricilərin cari ildə daha da pisləşəcəyi proqnozlaşdırılır. Buna səbəb kimi Covid-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi, büdcə kəsrinin böyüməsi və milli valyutanın ucuzlaşması ilə bağlı gözləntilərin artması göstərilir. Qeyd edək ki, 2020-ci ilin ikinci rübündə rüblük iqtisadi artım ötən ilin müvafiq dövrünə nəzərən 13,7 faiz azalıb. Bunun nəticəsi olaraq vergi yığımları azalmış, iqtisadi aktivliyi dəstəkləmək üçün büdcə xərcləri artırılıb ki, bu da büdcə kəsrinin ÜDM-ə nisbətinin 2,25 faizdən 5 faizədək böyüməsinə səbəb olub. Büdcə kəsrinin böyüməsi yeni borcların cəlb edilməsini şərtləndirmişdir. 2020-ci ilin I yarımilində birbaşa xarici dövlət borcu 175 milyon ABŞ dolları artıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından sonra dövlətin xarici borc yükünün daha çox artacağı gözlənilir. Belə ki, Ermənistan Respublikasının Maliyyə Nazirliyinin yenilənmiş proqnozlarına əsasən hərbi xərclərin artırılması ilə cari ildə dövlət büdcəsinin kəsrinin ÜDM-ə nisbəti 7,4 faiz təşkil edəcəkdir. Dövlət büdcəsinin kəsrinin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu isə xarici dövlət borcu hesabına hərbi xərclərin maliyyələşdirilməsi və militarist iqtisadiyyatın formalaşdırılması deməkdir.
Beynəlxalq Valyuta Fondu məzənnə riskinə görə xarici dövlət borcunun səviyyəsinin yüksək olmasından narahatdır. Fond tərəfindən qeyd edilir ki, milli valyutanın ucuzlaşması xarici dövlət borcu ilə bağlı göstəricilərin pisləşməsinə, o cümlədən dövlət borcuna xidmət xərclərinin əhəmiyyətli dərəcədə artımına səbəb ola bilər. Hesablamalara görə, milli valyutanın real effektiv məzənnəsinin 30 faizlik ucuzlaşması ölkənin xarici borcunu ÜDM-in 115 faizinə çatdıra bilər.
Xarici dövlət borcunun yüksək olması ölkənin reytinqlərinə mənfi təsir göstərən amillərdəndir. Ermənistan 2019-cu ildə dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”nda dövlət borcu indikatoru üzrə 141 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Ümumiyyətlə, Ermənistanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti region ölkələri ilə müqayisədə yüksəkdir. Belə ki, 2019-cu ildə sözügedən göstərici Ermənistanda 42,5 faiz olduğu halda, Gürcüstanda 32,3 faiz, Ukraynada 29 faiz, Belarusda 27,1 faiz, Moldovada 14,4 faiz və Qazaxıstanda 6,9 faiz təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, xarici borcun yüksək həddi ölkənin gələcəkdə xarici maliyyə bazarlarından yeni vəsaitlər cəlb edilməsini çətinləşdirə və həmin vəsaitlər üzrə tətbiq ediləcək faiz dərəcələrinin artımına səbəb ola bilər. Ortamüddətli dövrdə ölkənin xarici vəsaitlərə olan tələbinin yüksək olaraq qalacağını nəzərə aldıqda xarici maliyyə bazarlarına əlverişli şərtlərlə çıxış imkanlarının qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinləri istehsalı nəzərdən keçirilib
-
12 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"İranla danışıqlar müsbət nəticələnməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək"
-
13 saat əvvəl
Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjası ilə Pakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Komitəsinin sədrindən ödənişsiz 300 dollarlıq mal gətirilməsi ilə bağlı açıqlama
"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Azərbaycan ərəblər ilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə edib
Hazır mənzillər ipoteka imkanı ilə "Park Yasamal"da!






.jpg)
.jpg)







.jpg)








